Azərbaycan səfiri ermənilərə müraciət edib

Azərbaycan səfiri ermənilərə müraciət edib

“Əgər biz insanların birgəyaşayışını istəyiriksə, onda sülh prosesini dəstəkləməliyik”. SİA xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib.

Diplomat xatırladıb ki, 2020-ci ildə əldə olunmuş razılığa əsasən Ermənistan qanunsuz hərbi birləşmələri Qarabağdan çıxarmalı idi.

E.Süleymanov vurğulayıb ki, azərbaycanlılar heç vaxt ermənilər kimi davrana bilməz: “Ermənilər 90-cı illərdə şəhərlərimizi ələ keçirəndən sonra qətllər törətdilər, qaçqın və köçkünlərimiz oldu. Amma biz onlar kimi davranmırıq”.

Nəşrdə həmçinin, sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşünə də toxunulub: “Azərbaycan tərəfi bildirir ki, konstruktiv danışıqlar reinteqrasiya prosesinin başlanğıcıdır. Yəni, Qarabağ erməniləri silahı yeri qoymalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə