Milli Məclisin deputatı Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi qismində sentyabrın 24-də bu ölkənin Tirana şəhərinə səfər edəcək. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Asim Mollazadə Albaniyanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə maraqlanacaq, bununla bağlı monitorinq aparacaq.
Səfər sentyabrın 29-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB