“Bizi qarşıda böyük və ağır bir prosesin gözlədiyini deyə bilərəm” - QURUM RƏSMİSİ

“Bizi qarşıda böyük və ağır bir prosesin gözlədiyini deyə bilərəm” - QURUM RƏSMİSİ

“İtkinlərin meyit qalıqlarının eksumaziyası olduqca böyük zaman alan məsələdir”. SİA xəbər verir ki, bunu əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

Eldar Səmədov sözlərinə belə davam edib: “Bunun üçün yüksək təcrübə və digər məsələlər tələb olunur. İtkinlərimizin sayını nəzərə alsaq, bizi qarşıda böyük və ağır bir prosesin gözlədiyini deyə bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə