“Qalıqların eyniləşdirilməsi nəticəsində 15 şəxsin taleyi məlum olub” - PA rəsmisi

“Qalıqların eyniləşdirilməsi nəticəsində 15 şəxsin taleyi məlum olub” - PA rəsmisi

“İndiyə qədər ümumilikdə 10 kütləvi məzarlıq aşkar olunub və proses davam etdirilir”. SİA xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

Həbib Mikayıllı sözlərinə belə davam edib: “Ehtimal olunan qəbir yerlərinin tapılması istiqamətində bizə mina təhlükəsi çox mane olur.

Qalıqların eyniləşdirilməsi nəticəsində 15 şəxsin taleyi məlum olub. Bu, çox ciddi məsələdir. Bu, bir daha sübut edir ki, Azərbaycanın suverenliyi uğrunda addım atan heç kəs unudulmur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə