"Qərar verən idarə və şəxs buna görə məsuliyyət daşıyır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qərar verən idarə və şəxs buna görə məsuliyyət daşıyır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Quru sərhədlərinin açılması Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı və mövqeyidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahda təkcə koronavirusla bağlı deyil, bir çox məsələlərin monitorinqi aparılır, nəzarət edilir və sonda qərar verirlər: "Buna görə qərar verən idarə də, şəxs də buna görə məsuliyyət daşıyır".

Rüfət Quliyev sözlərinə belə davam edib: "Düşünürəm ki, artıq qismən mərhələ-mərhələ quru sərhədlərini açmaq olar. Amma bu, bizim qərarımızla olacaq məsələ deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə