Vardanyanın hakimiyyət davası: İRƏVAN ÜÇÜN FACİƏ - TƏHLİL

Vardanyanın hakimiyyət davası: İRƏVAN ÜÇÜN FACİƏ - TƏHLİL

Özünü vətənpərvər göstərən erməni əsilli iblisin iç üzü ortaya çıxıb və elə ən çox da onun məkrli niyyətlərini ermənilər özləri də anlamağa başlayıblar. Ələxüsus da öz hakimiyyətini göz-bəbəyi kimi qorumağa çalışan və bunün üçün dəridən-qabıqdan çıxan erməni baş nazir Nikol Paşinyan son vaxtlar daha yaxşı başa düşüb həmin o iblisin məkrini. Moskva qaçaqmalçısı kimi “ad qazanan”, Xankəndinə gəldiyi ilk gündən utanmadan, həyasızcasına yalan danışan, bir vaxtlar Vaqnerə də dəstək vermis Ruben Vardanyan hər hansı siyasi ambisiya güddüyünü utanmadan heç zaman boynuna da almayıb, hər zaman bunu inkar edib.
İblis xislətli yalançı guya “Qarabağ ermənilərinin xilaskarı” statusu ilə bəzi məsələləri, xüsusən də Moskvadan Qarabağa göndərildiyini də hər zaman ört-basdır etməyə çalışıb, amma artıq maskası çırılıb və danışacaq yalanlara erməni cəmiyyəti də məhəl qoymur. Onun gizlədə biləcəyi bir məqam belə yoxdur. Ermənistan Respublikasından belə hakimiyyətə gəlmək üçün platforma kimi istifadə etdiyinə görə artıq qınanılmaqdadır. Onun hakimiyyət niyyətində olduğu indi ümumiyyətlə hamıya bəlli olur, baxmayaraq ki, guya bu niyyətlə qətiyyən çıxış etməyib.

Artıq bəlli olur ki, Ruben Vardanyan sən demə, hansısa qondarma rejim daxilində deyil, birbaşa Ermənistanda hakimiyyəti ələ keçirmək niyyətindədir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan, yaşayan erməni əsillilər belə onun məhz hakimiyyət naminə ortalığa atıldığını inda daha yaxşı anlamalı olublar. Anlamalı olublar ki, Ruben onlardan alət olaraq, istifadə edib və hələ də onlardan istifadə etməkdədir. Ermənistan Respublikasında hakimiyyəti ələ keçirmək üçün əvvəlcə Xankəndidə məskunlaşan bu hiyləgər orada olmasından, qalmasından platforma kimi istifadə etdiyinə görə qınaq obyetinə çevrilib. Çünki artıq komuflyajı da cırılıb, maskası da, hətta üzü də.

“Mən çalışıram ki, biz erməni dünyasını məhv olmaqdan xilas edək, Ermənistanın və Qarabağın dövlətçiliyini qoruyaq”, deyə mızıldanan bu adam vəziyyətdən sui istifadə edir və vətənpərvərlik hissi ilə oynayaraq öz xalqının əslində, hissiyyatını ayaqlar altına atır. Ona lazım olan ermənilərin vəziyyəti deyilş Olsaydı, belə hala çatana qədər hər şeyi məhvə doğru sürükləməzdi.

Qarabağdakı erməni əhali ilə yanaşı, İrəvan sakinləri də, bütövlükdə Ermənistan cəmiyyəti də başa düşür ki, Vardanyanın yalan danışmaq imkanları sərhədsizdir və məsuliyyətdən yayınmağa, həmçinin “erməni dünyasının xilaskarı” kimi özünü göstərmək kimi, olmayan üzü çox bərkdir və ondan utanmaq kimi bir hissi gözləmək də sadəlövhlük olardı.

Rubenin Azərbaycanı tamamilə fərqli, dağıdıcı, işğalçı, əzab verən ölkə kimi təqdim etməsi də onun riyakarlığı, saxtakarlığı kimi dəyərləndirilir. Əvvəla, Bakı İrəvana qarşı hansısa iddia ilə çıxış etməyib və Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanın dövlətçiliyini məhv etmək kimi bir məqsədi də heç zaman qarşıya qoymayıb. Azərbaycan dinc əhalisi yaşayan şəhər və kəndlərini dağıdan, Azərbaycan torpaqlarını otuz ilə yaxın vəhşicəsinə talan edən Ermənistanın da, orada ara qarışdırmağa, suyu bulandırmağa, bulanıq suda da balıq tutmağa çalışan Ruben Vardanyanın da ölkəmiz barədə sayıqlamaları absurddur. Gəncəyə, Bərdəyə, Mingəçevirə raket və bombalı hücumlar edən də Ermənistan olub. Bu vəhşilik yayan, barbarlıq simvoluna çevrilməkdə olan ölkənin törətdiyi əməllər nəticəsində qocalarımız, qadınlarımız, uşaqlarımız həlak olublar. Amma Azərbaycanın nə İrəvana, nə də digər Ermənistan şəhərlərindən hansısa birinə zərbələr endirməsi barədə bircə dənə də fakt yoxdur və bu hal özü məsələnin nə yerdə olmasını sübut edir. Əgər fakt yoxdursa Ruben deyilən bu iblis hansı arqumentlərlə çıxış edir? Ümumiyyətlə, məkrli planlar quran, Moskvanın aləti olan bu adamın məqsədi nədir?

Ruben özü hamıdan yaxşı bilir ki, Azərbaycan tərəfinin heç bir iddia ilə günahlandırılması mümkün deyil. Buna bel də bağlamır, baxmayaraq ki, buna bənzər müvafiq absurd iddialarla çıxışlar da edir. Vardanyan əslində, tamam başqa taktika ilə ortaya atılıb. O, ermənilər üçün sağalmaz xəstəlik hesab olunan revanşizm və Azərbaycan torpaqlarını ələ keçirmək arzusunda olan erməni hərisliyindən istifadə edir. İndi Vardanyan Paşinyanın devrilməsinə necə nail olmağı planlaşdırır. Əvvəllər o, yalandan bunu inkar etsə də, indi lap açıq şəkildə də etiraf edir.

“Bəli, mən Ermənistanda hakimiyyətin mümkün qədər tez dəyişdirilməsini dəstəkləməyə hazıram”, deyə bildirən Ruben Vardanyan etiraf etməkdən başqa çarə görməyib. Yəni çarəsiz qalıb etiraf edib, çünki fakt göz önündədir. Onun Xankəndinə gəlişinin əsas məqsədindən tutmuş bütün bu müddət ərzində orada gördüyü çirkin əməllərə qədər hamısı hakimiyyət hərisliyindən irəli gəlirdi. Xankəndində keçirilən mitinqlər, qondarma “humanitar fəlakət” haqqında nağıl, mif yaratmaq, vəziyyəti gərginləşdirmək üçün Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin guya ərzaq və dərman baxımından sıxıntı keçirdiyi görüntüsü yaratmaq səbəbsiz deyildi. Bunlar hələ Vardanyanın oyunlar qurmaq istiqamətində səylərinin bir hissəsidir və məqsədi də Ermənistan Respublikasında hakimiyyəti qamarlamaqdır.

Bakı ilə Qarabağ erməniləri arasında dialoqa hər cür maneələrin yaradılması, azərbaycanlı mülki əhalinin qatilləri Robert Köçəryanın və Serj Sarkisyanın hakimiyyəti ələ keçirmək kimi variantlarından istifadə yalnız hakimiyyət niyyəti ilədir. Vardanyan Paşinyanı devirmək və Ermənistanın yeni rəhbəri olmaq arzusundadır. Bu yolda da hər şeyə hazırdır. Heç şübhəsiz ki, Nikol Paşinyan da baş nazir kürsüsünü ona asan bağışlamaq niyyətində deyil. Belə çıxır ki, Ermənistanda hələ daha dəhşətli qarışıqlıq gözlənilir və bu heç də erməni xalqına və rəsmi İrəvana sərf edən deyil. Daha dəqiq desək bu böyük faciə deməkdir. Çünki artıq müəyyən qrup insanların, daha doğrusu, erməni əsilli əhalinin müəyyən bir qrupunun fikrini çaşdıra, onları aldada bilən Ruben hamısını Ermənistanın mövcud hakimiyyətinə qarşı yönəltmək niyyətinə düşərsə bu, Paşinyan üçün hakimiyyət itgisi görünə bilər və belə olan halda, onun tərəfdarlarını qarşıdurmaya cəlb etməsi gözləniləndir. Bu isə o deməkdir ki, hər an vətəndaş müharibəsi baş qaldıra bilər. Vətəndaş müharibəsi də öz növbəsində ölkənin fəlakəti, faciəsi deməkdir. Hər bir halda Ruben Vardanyan kimi bir fırıldaqçı üçün, vicdanını çoxdan itirmiş biri üçün ölkəsində nə kimi hadisələrin baş verəcəyi, eləcə də vətəndaş müharibəsi hesaba belə alınmır. Çünki Qarabağdan hansısa sülhməramlı maşınında gizlənərək qaçıb Rusiyaya bir dəfə getdiyi kimi, yenə də Ermənistanda çaxnaşma görəndə yoxa çıxması heç də çətinlik törətməz. Ermənistanı qan gölünə çevirsə belə, Ruben helikopterlə oranı tərk edib aradan çıxacağına əmindir. Ona görə də vətəndaş müharibəsi, fəlakət, faciə deyə bir şeyləri düşünmədən, vecinə belə almadan ağlına gələni etməkdən çəkinmir. Elə Ruben Vardanyanın hakimiyyət davası da məhz bu səbəbdən İrəvan üçün faciə vəd edir.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə