Fransa səfirliyi Makronun Bakıya səfəri ilə bağlı məlumatı şayiə adlandırıb
Fransa səfirliyi bu həftə Prezident Emmanuel Makronun Azərbaycana səfəri ilə bağlı xəbərləri şayiə adlandırıb.
Bu barədə SİA-ya Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Daha əvvəl, "Alpha News" öz mənbələrinə istinadən xəbər yayıb ki, E.Makron həftə sonu Ermənistan və Azərbaycana səfər edə bilər və guya səfər sentyabrın 9-10-na planlaşdırılıbmış.
“İrəvandan sonra Fransa dövlət başçısının Bakıya səfər edəcəyi barədə də məlumat var”, - "Alpha News" iddia etmişdi.
Banqladeş Xarici İşlər Nazirliyinin məlumatına görə, E.Makronun sentyabrın 10-da bu ölkəyə səfəri planlaşdırılır. Fransa Prezidenti Banqladeşə səfərindən əvvəl G20 sammitində iştirak etmək üçün Hindistana yollanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB