Türkiyə səfiri Səməd Seyidovla görüşüb

Türkiyə səfiri Səməd Seyidovla görüşüb

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.

SİA-nın xəbərinə görə, bu barədə Səməd Seyidov X sosial şəbəkəsində paylaşım edib.

“Əziz dostumu qəbul etməkdən məmnun oldum. Biz geniş ikitərəfli və çoxtərəfli əlaqələri, ittifaqımızın üstünlüklərini və son qarşılıqlı səfərləri müzakirə etdik”, - deyə Səməd Seyidov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə