Ermənistan silahlı qüvvələrinə məxsus zərbə PUA-sı ələ keçirilib

Ermənistan silahlı qüvvələrinə məxsus zərbə PUA-sı ələ keçirilib

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə