“Haqsız mübarizə hər zaman məğlubiyyətə məhkumdur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Haqsız mübarizə hər zaman məğlubiyyətə məhkumdur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanda bir qrup müxalif yönümlü siyasətçilər daima 10 noyabr bəyannaməsini xalqın gözündə başqa cür qələmə verməyə çalışır. Lakin unutmayaq ki, bu şəxslər 44 günlük müharibə zamanı da mütləq məğlubiyyət gözləyirdilər və bu tip proqnozlar verib cəmiyyətdə çaxnaşma yaratmağa çalışırdılar. Amma vəziyyət necə idi, insanlarımız bir yumruq olub hakimiyyətin yanında vahid bir məqsəd üçün birləşmişdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, sonra postmüharibə zamanı 10 noyabr bəyyannaməsi və sülhməramlıların müvəqqəti yerləşməsindən məqsədləri üçün istifadə etməyə başladılar: “Rusiya ordusunun Azərbaycanda sülhməramlı kimi yerləşdirilməsi birinci dəfə deyil, bizim belə bir təcrübəmiz daha əvvəllər də olub. Məlum olduğu kimi həmin dövrdə də Rusiya ordusu öz zamanında ölkəmizi tərk etdi.

Nəhayət ki, Azərbaycan cəmiyyətində cənab Prezidentin artan nüfuzundan narahat olan qüvvələr hər zaman dövlətin uğurlarını kölgələməyə çalışır. Xüsusilə nə vaxt ki Qarabağa Qayıdışın davamı, dövlət başçısının xalqla səmimi görüşü baş tutur, bu qüvvələr hərəkətlənməyə və şər böhtan xarakterli çıxışlara start verirlər.

Bütün hallarda haqsız mübarizə hər zaman məğlubiyyətə məhkumdur. Xalqımız özü bütün reallıqları dərk edir və kimi dəstəklədiklərini yaxşı bilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə