“Öz şəxsi məqsədlərinə nail ola bilmədikləri üçün müxaliflik yolunu tutdular” - MÜNASİBƏT BİLDİRİLDİ
“Mən təəssüf hissi ilə qeyd edirəm ki, bu gün özünü müxalif adlandıran bir qism şəxs yanlış təbliğatla məşğul olmaqla hakimiyyətlə mübarizə aparır. Təbii ki, buna mübarizə də demək düzgün deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: “Mən ümumiyyətlə, siyasətlə müxtəlif fikirliliyin tərəfdarıyam. Yenə qeyd edirəm bu fikir ayrılıqları inkişafa, dövlətə, xalqa xidmət etməlidir.
Bu gün hər kəsə Ulu Öndərin Azərbaycan üçün gördüyü işlər məlumdur. Biz varlığımızı məhz Heydər Əliyevin siyasi fəallığına borcluyuq, bunu elə bu gün danmağa çalışan şəxslər də bilir.
Tarixə nəzər salsaq bu gün hakimiyyətə qarşı olanların əksəriyyətinin vaxtilə Ulu Öndərin ətrafında olmağa çalışanların olduğunu görərik. Sadəcə, öz şəxsi məqsədlərinə nail ola bilmədikləri üçün müxaliflik yolunu tutdular. Siyasətdə hər kəsin düşüncəsi yalnız və yalnız dövlətçiliyə xidmət etməlidir. Hakimiyyətin uğurlarını görməzdən gələn bu naliyyətləri kölgələməyə çalışmaq müxaliflik demək deyil”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB