“Laçın yolu ilə qanunsuz daşınan silahlar Qarabağda hərbi baza yaratmaq üçün istifadə olunub” - Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi
Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. SİA xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev “X”də paylaşım edib.
“Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. Deməli, Laçın keçid məntəqəsinin yaradılması, həqiqətən də, Azərbaycanın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir”, - deyə, o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB