Separatçıların başında duran Arayik Harutyunyan deyəsən başını yenə itirib və indi itirdiyi başı ilə kimlərə isə başçılıq etməsi çox gülünc görünür. Onun hansısa telekanala müsahibəsində səsləndirdiyi fikirlər bunu deməyə əsas verir ki, Araik çıxılmaz vəziyyətdə olduğunu başa düşərək, yenə də hansısa tələblə, dilemma ilə çıxış edirsə, deməli, əvvəlcədən mövcud olan psixoloji problemləri artıq özünü yenidən göstərməyə başlayıb.
Hər dəfə gülünc bəyanatlarla çıxış edən Arutyunyanın bu dəfə səsləndirdiyi fikirlər də gülüş doğurmaya bilməzdi. “Beynəlxalq strukturların reaksiyası olub, var və olacaq, amma nəticə yoxdur”, deyən Araik nəticənin olmadığı halda, hansı reaksiyadan danışır? Əgər reaksiya olsaydı nəticəsini ən azından onun özü hiss etmiş, görmüş olardı. Görməyibsə, deməli, səsləndirdiyi fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Yəqin ki, dediklərinin cəfəngiyyat olduğunu gec də olsa anladığı üçün dərindən ah çəkirmiş həmin telekanala müsahibəsi zamanı.
“Görünür, hər yerdə bir problem olduğunu və vəziyyətin gündən-günə pisləşdiyini hiss ediblər, amma nəticə sıfırdır”, deyən Arayik Harutyunyanın sızıltısı hiss olunmaqdadır. O, bu sızıltı ilə kimi inandırmaq fikrindədir? Müraciət etdiklərini, yoxsa erməni əhalini? Bələkə hələ də kimləri isə aldatmaq istəyir? “Biz elə bir vəziyyətdəyik ki, soyqırım ərəfəsindəyik. Yəni bunu dialoq adlandırmaq olmaz, ancaq Azərbaycanın bizim üçün qəbuledilməz olan şərtlərini və tələblərini qəbul etməyə bizi sövq edirlər”, deyən Araik yenə də məsuliyyətsiz şəkildə ağlına gələni danışmaqdan, yalan ifadələrlə təmsil etdiyi cəmiyyəti qızışdırmaqdan çəkinmir. O, belə sərsəm çıxışlarından sonra nəyə ümid edir və onun belə sızıltısının ardınca Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər hansı qənaətə gəlməlidirlər? Axı ermənilərə qızıldan dağlar vəd edənlərdən biri də onun özü idi. Beynəlxalq təşkilatlara müraciət edib vaxt qoyan da elə Arutyunyan idi. Bəs indi nə oldu ki, birdən-birə sızıldamağa başladı?
Artıq sızıldamağa başlayan qondarma başçı indi nə istəyir həmin o erməni əsillilərdən? Bir halda ki, nəticənin olmadığını, sıfır olduğunu bəyan edirsə, eyni zamanda ərzaq və digər tələbatla bağlı qıtlıqdan danışırsa, çarəsiz durumu etiraf edirsə, daha əhalini nəyə inandıra bilər? Düzdür, hansısa qıtlıq haqqında spekulyasiyalar elə onun özünün uydurduğu zəfəngiyyatlardan biridir. Yaxud da, əgər həqiqətən də qıtlıq müşahidə olunursa, yenə də bu məsələdə onun əli var. Əgər erməni əsillilər buna inanmırlarsa, gedib onun evini, zirzəmilərini yoxlaya bilərlər və bu zaman görərlər ki, qıtlıq dediyi vəziyyəti də özü yaradıb. Xatırlatmaq yerinə düşərdi ki, bu barədə erməni bloger Roman Baqdasaryan da öz fikirlərini və etiraflarını erməni xalqına çatdırıb və qeyd edib ki, əgər Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni əsillilər aclıqdan, qıtlıqdan əziyyət çəkirlərsə, burada elə məhz Araik Arutyunyanın öz əli var. Erməni bloqer açıq şəkildə bildirir ki, siqaret qıtlığından, ərzaq çatışmamazlığından əziyyət çəkənlər Araikin evinə, zirzəmisinə baxsalar görərlər ki, orada həddindən artıq ehtiyat yığılıb. Deməli, erməni bloqer açıq şəkildə qeyd edir ki, separatçıların başçısı bilərəkdən süni şəkildə qıtlıq yaradır və həm də hər şeyi mənimsəyir.
Ermənilər Azərbaycanın öz şərtləri ilə sülhə israr etməsindən şikayətlənməyə davam edə bilərlər, amma bu, nəticəni dəyişə bilməz. Bəli, biz öz şərtlərimizdə israr edirik və buna haqqımız çatır, baxmayaraq ki, bu, Araik və onun kimi separatçıların xoşuna gəlmir və bundan sonra da kimlərinsə xoşuna gəlməyə bilər. Amma onlar bilməlidirlər ki, sülh sırf Azərbaycanın şərtləri ilə olacaq. Çünki biz qalib gəlmişik, biz qalib tərəfik, biz daha güclüyük və haqlı tərəfik. Məğlub olan, eyni zamanda haqsız olan tərəfin şərtləri qəbul edilə bilməz axı. Tarix boyu belə bir hadisə ilə bəşəriyyət bir dəfə də olsun rastlaşmayıb və bundan sonra da rastlaşa bilməz. 1941-1945-ci il müharibədəsində məğlub olan Almaniyanın hansısa şərtlərinin olduğunu təsəvvür etmək belə mümkün deyil və təbii ki, SSRİ-nin şərtləri qəbul olunmalı idi və belə də oldu. Bütün dünya da bunu tam real olaraq qəbul etdi. İndi də analoji olaraq, Azərbaycanın şərtləri ola bilər və yalnız həmin şərtlər qəbul olunmalıdır. Araik bilməlidir ki, bunun əksini iddia etdiyi zaman beynəlxalq aləmin heç reaksiyasına da ümid etməməlidir, nəinki nəticəyə. Əgər hələ də bunlara ümid edirsə, ilk növbədə öz-özünü aldadır, sonra da Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri.
Öz müqəddəratını təyinetmə, muxtariyyət, özünüidarə deyilən bir şey ola bilməz. Azərbaycanın daxilində ikinci bir erməni dövləti qurmaq absurd, daha doğrusu, axmaq təfəkkürdür, hansıki başda Araikin özü olmaqla, elə separatçıların hamısı bu axmaq təfəkkür sahibi ola bilərlər, amma bu axmaq təfəkkürlə heç nəyə nail ola bilməzlər. Əgər dünyada belə bu cür axmaq təfəkkür sahiblərinin olacağına ümid edirlərsə, yenə də yanılırlar. Makron kimi bir ermənipərəstin ağlına, mövqeyinə güvənirlərsə, yenə də yanlışlığa yol verirlər. Ağılsız fikirlər səsləndirəndə onun reaksiyasını Araik nəzərdə tutursa, bilsin ki, əvvəla, Makron ikinci bir erməni dövlətinin qurulmasına tərəfdar olduğu halda, gedib Fransada həmin dövlətin qurulmasına çalışa, orada ermənilər üçün ərazi də ayıra bilər, təbii ki, fransızlar buna yol versələr. Yox, əgər Araik hesab edirsə ki, Fransa lideri Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin qurulması yolunda nəyə isə nail ola bilər, yenə də axmaqcasına özünü və ətrafını aldadır. Makronun öz helikopterləri, təyyarələri ilə Azərbaycan ərazisinə yüzlərlə Rembo düşürəcəyini, onların da məhz Araikdən ötrü döyüşəcəyini düşünürsə, deməli, başını tamamilə itirib.
Onsuz da dünya ictimaiyyəti separatçıların yalançı qara-qışqırıqlarına məhəl qoyan deyil. Bunu gec də olsa separatçılar başçılarının dilindən də eşitdilər. Nəticə sıfırdır deyən Araik özü öz dili ilə bunu təsdiq etdi. Reaksiya barədə dedikləri isə yalandır, çünki reaksiya olduğu halda nəticə də olmalı idi, cüzi də olsa. Nəticə yoxdursa, deməli, reaksiya da yoxdur. Heç olmayacaq da. Necə ola bilər axı? Beynəlxalq ictimaiyyət Araikin şişman qarnına, pörtmüş, qızarmış sir-sifətində baxanda çox yaxşı görür ki, “aclıq”, “blokada” və başqa bu kimi haray-həşir yalandandır. Araik heç də ac görünmür və dondan-dona girməsi hakimiyyətini qoruması naminədir. Bəşəriyyətin isə nə Araikə, nə separatçılara, nə də digər ermənilərə hansısa dövlət qurub vermək kimi bir öhdəliyi, borcu yoxdur. Eləcə də Araikə əbədi hakimiyyət, vəzifə vədi edildiyini xatırlamırıq. Belə olan halda, niyə reaksiya verilməli idi, nəticə hardan olmalı idi? Maraqlıdır, görəsən Araik ağılda onun ətrafında neçə nəfər var və belələri hələ çoxmu axmaq düşüncə ilə hakimiyyət iddiasında olacaqlar?
Araik Arutyunyan hələ də, “Fransa Laçın dəhlizi ilə insanların və malların sərbəst hərəkətinin bərpasını tələb edir”, deyə bir təsəlli tapa bilər, baxmayaraq ki, Afrika ilə bağlı vəziyyəti nəzərə aldıqda, Fransanın, şəxsən Makronun özünün təsəlliyə ehtiyacı var. Ruslara bir zaman satıldıqlarında, Osmanlı İmperiyasına xəyanət etdiklərində onlara “Böyük Ermənistan” vəd edənlər necə oldular, vədlərini yerinə yetirdilərmi? Varmı elə bir “böyük” ölkə? Bəs haylar o xəyanətkarlıqları, yaltaqlıqları müqabilində bu zamana qədər aldadıldıqlarını hələ də görə bilmirlər? “Dənizdən dənizə” dedikləri “məmləkət” haradır axı, bunu yerləri xəritədə görən olubmu? Olmayıb, olmayacaq da. Uzaq başı Araiklər müvəqqəti olaraq yalançı, qondarma hakimiyyət, kreslo ilə aldadılaraq alət kimi istifadə oluna bilərlər. Heç kim öz ölkəsindən, torpaqlarından haylara pay vermək fikrində ola bilməz və bunu kimlərsə məcbur da edə bilməz. Uzaq başı, Cənubi Qafqazda öz maraqları naminə erməniləri alət olaraq istifadə edənlər hər dəfə onların rüsvayçı məğlubiyyətlərində, fəlakətlə qarşılaşdıqlarında, səfalət halına düşdüklərində onlara yardım üçün müvəqqəti komitə və ya təşəbbüs qrupu yarada bilərlər. Ən yaxşı halda, onlara iyanələr, yardımlar ola bilər ki, tamamilə məhv olub sıradan çıxmasınlar, tarixin arxivinə düşməsinlər və kimlərinsə növbəti oyunlarında alət olaraq istifadə olunsunlar. Bu həqiqəti nə qədər tez başa düşsələr o qədər də tez anlayarlar ki, gözlədikləri nəticəyə ümid etmələri axmaqlıqdır, çünki illüziyalar heç bir nəticə vəd etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB