Bəli, belə bir fikir var: informasiya sərhəd tanımır, onun nə cəbhə xətti, nə də minalanmış əraziləri var. Tarixdən də məlumdur ki, informasiya müharibəsi düşmən mövqedə olan dövlətlərin hər zaman biri-birlərinə qarşı atdığı kəskin, təhlükəli addımlarından biri olub. Bəllidir ki, hər bir ölkə digər ölkələrlə bağlantılar yaratmağa can atır. Təbii ki, bu yolla ilk növbədə özünü beynəlxalq sistemdə tanıtmağa çalışır. Bu bir faktdır ki, əgər düşməni olan ölkəyə qarşı informasiya atəşi açılarsa, bu, onun beynəlxalq siyasi aləmdə nüfuzunun təhlükəyə girməsinə səbəb ola bilər. Belə ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından iki il yarım keçməsinə baxmayaraq bu gün Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi ən gərgin müstəvidə hələ də davam etməkdədir. Xatırladaq ki, 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə komandanlıq etməklə bərabər, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanlarına 35-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu. Qeyd edək ki, 44 günlük müharibədə məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxış yolunu öz xalqını yalan məlumatlarla aldatmaqda görür. 44 gün ərzində erməni və dünya ictimaiyyətinə feyk məlumatlar verən terrorçu ölkə informasiya savaşında da Azərbaycana məğlub oldu.
Əslində Paşinyan iqtidarı ilk gündən anlayırdı ki, onu ağır və rüsvayçı məğlubiyyət gözləyir. Odur ki, Azərbaycana qarşı başladığı savaşın və Bakının əks-hücum əməliyyatının ilk günlərindən sosial şəbəkələrin fəaliyyətini qadağan elədi, müharibənin gedişi ilə bağlı düzgün məlumat yayan yerli və xarici media nümayəndələrinə qarşı sözün əsl mənasında repressiya və təhdidlərə başladı. Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyev 44 gün ərzində dünyanın bütün aparıcı mediasına çoxsaylı müsahibələr verdi. Düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən jurnalistlərin ən qərəzli suallarına belə cavab verməkdən yayınmayan Prezident Əliyev nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı olduğunu, işğala məruz qaldığını, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edə bildi. Azərbaycanın Ali Baş Komandanının intellektual cavabları ilə müqayisədə isə Paşinyan olduqca miskin durumda görünürdü. Bunu dünyanın aparıcı media nümayəndələri və ekspertlər də etiraf edirlər. Və bu gün də Qalib Liderimiz qətiyyətli, nüfuzlu siyasi rəhbərimiz Prezident İlham Əliyev cənablarına beynəlxlaq marağın yüksək olması, məhz ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir. Xüsusi ilə vurğulamaq istərdim ki, son 20 il ərzində bütün sahələrdə qələbə qazanan Azərbaycan 44 gün davam edən İkinci Vətən Müharibəsi dövründə bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidenti 44 günlük savaş zamanı dünyanın 30-a yaxın mediasına çoxsaylı müsahibələr verdi, bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə Qərb ictimai rəyində Azərbaycanın xeyrinə dönüş yarada bildi. Hətta qərəzli suallar qarşısında, sözün əsl mənasında, siyasi liderlik dərsi keçən Prezident Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoydu, bütün dünyaya çatdırdı.
ALİ BAŞ KOMANDANIMIZIN SƏRRAST FİKİRLƏRİ VƏ MÜKƏMMƏL DİPLOMATİYASI…
Müharibədən sonra 50-dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi və 4 saatdan çox davam edən mətbuat konfransında isə Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırdı. Hətta Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında bildirdi ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirdi. Bu, Ali Baş Komandanımızın sərrast fikirləri və mükəmməl diplomatiyası idi. Ümumilikdə, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Ali Baş Komandan xarici mediada hücum diplomatiyası sərgiləyərək tarixi həqiqətlər, Dağlıq Qarabağ münaqişəsinə dair vacib hüquqi və siyasi məqamlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Onun gərgin əməyi və uğurlu informasiya siyasəti sayəsində dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsi təmin edilib. Dövlət başçısının dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələrdə təkcə erməni yalanları ifşa edilməyib, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyaları da iflasa uğradılıb.
Elə iyulun 21-də Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Şuşa Qlobal Media Forumu öz işini başa çatdırsa da, müzakirə edilən məsələlər, ən əsası Azərbaycan Prezidentinin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi fikirləri güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun bir daha göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlətimizin başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilib. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. Onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif gələcək üçün bir ideya, istiqamətdir. Bütün dövrlər üçün informasiya mübarizəsinin vacibliyini nəzərə alsaq belə tədbirlərin, daha dəqiq desək, beynəlxalq miqyas alan forumların keçirilməsi mütləqdir. Və Azərbaycan Prezidenti İlham Əliyev cənabları da bu forumun müntəzəm olaraq keçirilməsini və buna birinci Şuşa Qlobal Media Forumu adının verilməsini təklif etməsi də bu məqsədə xidmət edir.
Prezident İlham Əliyev Forumda xarici media nümayəndələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə bağlı suallarına cavabında Prezident İlham Əliye artıq hər kəsin Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdiyini vurğuladı və bildirdi ki, Ermənistan ölkəmizə qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişiqiq ilin sonunadək imzalanması mümkündür. Çünki sülhün olmaması bölgə üçün heç də yaxşı ssenari deyil. Çünki sülh müqaviləsi imzalanmayacağı tədbirdə regionda sabitliyi, təhlükəsizliyi təmin etmək olmayacaq. Ali Baş Komandan Şuşadan dünyaya bəyan etdi: "İndi mən yenə də deyirəm, gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq".
QƏTİYYƏTİN TƏNTƏNƏSİ: PREZİDENT İLHAM ƏLİYEV “EURONEWS”A MÜSAHİBƏSİNDƏ DÜNYA İCTİMAİYYƏTİNƏ BİR DAHA ÇATDIRDI Kİ, AZƏRBAYCAN SÜLHÜN TƏRƏFDARIDIR
Azərbaycan Prezidenti İlham Əliyev nüfuzlu “Euronews” telekanalına müsahibəsində regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər haqqında fikirlərini ətraflı şəkildə ifadə etdi. Belə ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərsə də, Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Belə ki, işğalçı ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb, amma hələ də üçtərəfli Bəyanatın müddəalarını tam yerinə yetirmir, bu ölkə hələ də Qarabağ ərazisindən qanunsuz silahlı dəstələrini çıxarmayıb, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması öhdəliyinə əməl etmir. Ancaq Azərbaycan sülh sazişinin prinsiplərinə əməl edir. Və hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqı, ABŞ və Rusiya vasitəçilik edir. Müsahibədə real prosesləri diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğuladı ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdır. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər. Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir. Ona görə də rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır.
Bir sözlə, əvvəlki müsahibələrində olduğu kimi, Euronews”a müsahibəsində də dövlət hər kəsə öz ciddi mesajlarını göndərmiş oldu. Beləliklə, bütün bu təhlillər belə deməyə əsas verir ki, bütün bunlar düşünülmüş strategiyanın tərkib hissəsidir və Prezident Əliyev nəyi, nə vaxt, necə deməyi öncədən planlaşdırır. Və Qarabağ erməniləri Azərbaycan Prezidentinin verdiyi mesajdan nəticə çıxarmalıdır.
Beləliklə, bütün dünya şahiddir ki, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalibdir. Ən mühümü odur ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu, Ermənistanın, dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur mübariz, igid əsgərlərimizin rəşadəti! Bu nailiyyət və qələbələr həm də Xalq-Ordu Birliyinin, orduya olan inamın Qələbəsidir! Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Çünki Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır! Bir sözlə, dövlət başçımızın həm hərb meydanında, həm də informasiya savaşında bu nüfuzun qazanılması qalib ölkənin informasiya savaşının sərkərdəsi - Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Ən əsası isə, informasiyalarda diqqətə çatdırılır ki, sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycan mehriban qonşuluq münasibətləri üçün bütün səylərini israrla davam etdirir.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB