"Qırmızı Xaç Komitəsi sərhədi “su yolu” kimi keçib gedə bilməz" - ŞƏRH EDİLDİ
"Qırmızı Xaç Komitəsinin davranışları Azərbaycan tərəfindən xeyli suallar yaradır və cənab Prezidentin də dilə gətirdiyi məsələ bununla bağlıdır. Bütün dünya, ölkələr, o cümlədən Qırmızı Xaç Komitəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycanın da ərazi bütövlüyünü tanıyıbsa demək ki, Qırmızı Xaç Komitəsi Azərbaycan-Ermənistan sərhədini “su yolu” kimi keçib gedə bilməz". Bu sözləri
Milli Məclisin deputatı Razi Nurullayev SİA-ya açıqlamasında deyib.
"Azərbaycan onların İrəvan ofisini Bakıya köçürmələrini tələb edirsə bu, belə də olmalıdır. Çünki Azərbaycan sərhədini istənilən vaxt bağlaya da bilər və nəyə görə Qırmızı Xaç Komitəsi üçün açıq buraxılmalıdır? Azərbaycan insanları əlini qolunu sallayıb Ermənistan sərhədindən keçib gedə bilərmi? Buna görə də bu hərəkətlər hansı yanaşmaya, hansı qanuna sığır? Buna görə də əminəm ki, Azərbaycan Prezidentinin bu mesajı kanallarla onlara da çatdırılacaq, vaxt veriləcək ki, ofislərini Bakıya köçürsünlər. Düşünürəm ki, Azərbaycan artıq Laçın yolunu bağlamalıdır və bağlayıb, onu açmayacaq da. Ermənistan tərəfi Azərbaycana siyasi təzyiqlər göstərir, Azərbaycanın sərhədini “su yolu”na döndərmək istəyir. Lakin Azərbaycan öz suveren ərazisində öz ərazisi, sərhədi ilə bağlı istənilən qərarı vermək səlahiyyətinə malikdir. Heç kim bizə deyə bilməz ki, sərhədini aç və kimsə oradan istədiyi formada gedib gəlsin. Bu, mümkün deyil və Azərbaycan da bununla bağlı fikirlərini Qırmızı Xaç Komitəsinə çatdırdı. Buna görə də fikrimcə, yaxın zamanlarda Qırmızı Xaç Komitəsinə artıq konkret şəkildə Laçın yolundan istifadə edə biləməyəcəyi çatdırılmalıdır, yalnız Azərbaycanın daxilində fəaliyyət göstərə bilər və orada yaşayan erməni sakinlər də Ağdam-Xankəndi yolundan istifadə edə bilər. Başqa yol olmamalıdır. Azərbaycan da yəqin ki, yaxın günlərdə bununla da bağlı qətiyyətli qərarını açıqlayacaq. Prezidentin bununla bağlı bu şəkildə danışması, bir neçə dəfə dilə gətirməsi ondan xəbər verir ki, hələ ki, ağıllarını başlarına yığmaq və doğru qərar vermək üçün bu barədə məsələlər onların diqqətinə çatdırılır. Etməyəcəklərsə də Azərbaycan Laçın yolunu onların üzünə bağlayacaq və Qırmızı Xaç Komitəsi ilə Azərbaycan arasındakı münasibətlər pisləşəcək. Azərbaycan hər zaman humanitar prinsip və qanunlara tabe olan, beynəlxalq konvensiyalara hörmət edə ölkə olub. Buna görə də gərək Qırmızı Xaç Komitəsi də fəaliyyət göstərdiyi ölkənin qanunlarına hörmətlə yanaşsın. Hörmətlə yanaşmayacaqsa, təbii ki, Azərbaycanın da deməyə sözü vardır", - millət vəkili qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB