“Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğuru idi” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğuru idi. Bu görüş yenidən Azərbaycanın hər zaman olduğu kimi yenidən öz iradəsini diqtə etməsi ilə yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün çox uğurlu bir görüş baş tutdu: “Hətta bunu görüşün təşkilatçısı Şarl Mişel də qeyd etdi. Cənab Prezidentin hər zaman bir vacib məsələni xüsusilə qeyd edir ki, keçirilən görüşlərdə Ermənistanın səsləndirdiyi fikirlərin, sözdə götürdüyü öhdəliklərin kağız üzərinə köçürülsün, sənədə çevrilsin. Çünki qarşı tərəf görüşlər zamanı üzərinə götürdüyü öhdəlikləri əməldə göstərmir. Onlar özlərini sülh tərəfdarı kimi qələmə versələr də, təxribatlar törətməyə davam edirlər.
Bir neçə aydan sonra 44 günlük Müharibənin artıq 3 ili tamam olur. Lakin Ermənistan dövlətinin Müdafiə Nazirliyinə məxsus olan neçə minlik hərbi birləşmə hələ də Azərbaycan ərazisindədir. Bu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyət təşkil edən məsələdir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanıyırsa, bu zaman Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidirlər. Ümumən görüşdə görüşdə səsləndirilən fikirlər ümidverici olsa da, qarşı tərəfin sözünə inanmaq sual altında qalır. Çünki qarşı tərəf heç bir zaman sözünün üstündə durmağı bacarmayıb.
Şarl Mişel qarşıda növbəti görüşlərin olacağını da bildirdi. Lakin vaxtilə ATƏT-in Minsk Qrupu da məsələni həll etmək adı ilə illəri ötürdü, ona görə verilən sözlərə də birmənalı güvənmək olmur. Buna görə də cənab Prezidentin də qeyd etdiyi kimi, biz daha da güclü olmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB