Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək

Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri görüşəcək

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək. SİA-nın məlumatına görə, Şarl Mişelin, İlham Əliyev və Nikol Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə