“NATO sammiti dünyanın yeni quruluşuna çox ciddi təsir etdi“ - POLİTOLOQ ŞƏRH ETDİ
“NATO-nun növbəti sammiti ilk dəfə idi ki, keçmiş Sovet Respublikalarından birinin ərazisində keçirilir. Bu sammitin digər özəlliyi isə Türkiyənin sevimli dövlətə çevrildiyinin dilə gətirilməsi oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Ərdoğanın oradan verdiyi bəyanatlar çox qürurvericidir: “Xüsusilə də Azərbaycanla bağlı verilən bəyanatları qeyd etmək lazımdır. Türkiyə öz milli maraqlarına uyğun olaraq hərəkət etdi. İsveçin NATO üzvü olması üçün də Türkiyə razılıq verdi. Eyni zamanda Ukraynanın da belə bir hüququ olduğunu gündəmə gətirdi. Təbii ki, bütün bunlar indiki halda Türkiyənin milli maraqlarına uyğundur.
Ərdoğanın 2025-ci ildə rus sülhməramlılarının Azərbaycandan çıxması ilə bağlı verdiyi bəyanat isə doğurdan da sensasiyadır. Heç kəs bunu gözləmirdi. Ermənilər isə Türkiyənin onlara sülh sazişi imzalamaq üçün 1 ay vaxt verdiyi ilə bağlı səs-küy salıblar. Paşinyan isə 15 iyulda Brüssel görüşünün keçirilməsini gündəmə gətirir. Bundan öncə də Blinkenin cənab Prezident İlham Əliyevə zəng edərək, sülh sazişinin imzalanması üçün dəstək verilməsini dilə gətirməsi mühüm əhəmiyyətə malikdir. Bizim ABŞ-ın dəstəyinə böyük ehtiyacımız var idi. Görünən odur ki, NATO sammiti Azərbaycan-Ermənistan məsələsinə, ümumilikdə isə dünyanın yeni quruluşuna çox ciddi təsir etdi.
Rusiya-Ukrayna müharibəsi çərçivəsində NATO-nun Ukraynaya etdiyi yardım bu sammitdən sonra gücləndiriləcək. Müharibə Ukraynanın xeyri istiqamətində dəyişdiriləcək. Təbii ki, burada nüvə müharibəsindən söhbət gedə bilməz.
Görünən odur ki, NATO-nun bu sammitini Rusiyanın hegomonluğuna son qoyacaq sammit kimi dəyərləndirmək olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB