Bakıda QH Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir

Bakıda QH Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir.

SİA-nın xəbərinə görə, qonaqları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayır.

Qeyd edək ki, bu gün və sabah Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək.

Nazirlərin Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə