Hərbi qələbədən diplomatiya zəfərinə - TƏHLİL

Hərbi qələbədən diplomatiya zəfərinə - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərib"

Düz 24 il öncə, 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən olan Xüsusi Təyinatlı Qüvvələri yaradılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb.

Artıq son 20 ildə Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir, onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mütəmadi nəzarətdədir.

Qeyd edək ki, heç də hər hərbçi Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ qazanmır. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi vacib şərtlərdən olmaqla, burada əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir. Mübaliğəsiz demək olar ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşdü.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib və heyət qarşısında çıxış edib. Azərbaycan Prezidenti, Ali Baş Komandan çıxışı zamanı çox mühüm məqamlara toxunub, önəmli mesajlar verib. Dövlət başçısı möhtəşəm tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlığından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra mühüm məsələlərdən bəhs edib.

"İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi". Bu fikiri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar hadisədir və Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır: "Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir".

"Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq", - deyə dövlətimizin başçısı bildirib.

"İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN SONRA ORDU QURUCULUĞU PROSESİ DAHA GENİŞ VÜSƏT ALMIŞDIR"

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib: "İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır".

İşğal dövründə ordu quruculuğunun bir nömrəli vəzifə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır”.

Prezident İlham Əliyev ordumuzun daha da gücləndirilməsinin bir nömrəli vəzifə olduğunu və buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlətimizin başçısı onu da vurğulayıb ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.

Bəli, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı yeni döyüş birləşmələrinin yaradılmasının döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən olduğunu bildirib.. Və vurğulayıb ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir: "Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir".

"BU GÜN AZƏRBAYCAN O ÖLKƏLƏRDƏNDİR Kİ, ÖZ MÜQƏDDƏRATINI ÖZÜ MÜƏYYƏN EDİR, HEÇ KİMDƏN ASILI DEYİL VƏ OLMAYACAQ, ÖZ SÖZÜNÜ AÇIQ DEYİR VƏ MÜSTƏQİL SİYASƏT APARIR!"

Bəli, bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır! 44 gün davam edən İkinci Vətən müharibəsi bir daha bunu sübut etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bir daha Azərbaycanın düşmənlərinə növbəti mesajını ünvanladı: "Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir".

Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmadığını, hər bir təxribata layiqli cavab verildiyini söyləyən dövlətimizin başçısı qeyd edib: "Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”.

"Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik",-deyən Ali Baş Komanda onu da bildirdi ki, biz Ermənistanın və onun xarici havadarlarının məkrli planlarını alt-üst etdik. İşğal dövründə “danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik” söylədiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Əfsuslar olsun ki, bəziləri mənim sözlərimə laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, bu günə qədər özünə gələ bilmir”.

"İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN SONRA BÖLGƏDƏ GÜNDƏLİYİ MÜƏYYƏN EDƏN YENƏ DƏ BİZ OLDUQ"

Azərbaycan Prezidenti mərasimdə çıxışı zamanı bir daha vurğuladı ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq.

Bu gün regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək vurğuladı ki, biz bunu qətiyyətlə rədd etdik. "Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir”.

"İKİ AY ƏVVƏL ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ, ONUN LAÇIN İSTİQAMƏTİNDƏ SƏRHƏD-BURAXILIŞ MƏNTƏQƏSİNİN YARADILMASI BİZİM ÇOX GÜCLÜ SİYASİ İRADƏMİZİN GÖSTƏRİCİSİDİR"

Azərbaycan Prezidenti Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı bildirdi ki, bu çox güclü siyasi iradəmizin göstəricisidir: "İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir».
«Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi", - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı vurğuladı ki, Şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik: "Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik".

Bəzilərinin, o cümlədən Ermənistanın və onun bəzi xarici himayədarlarının Azərbaycanı qisasçılıqda ittiham etdiklərini diqqətə çatdıran dövlətimizin başçısı bunun tamamilə yalan tezis olduğunu deyib: «Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür».

Dövlətimizin başçısı bizi qisasçılıqda ittiham edənlərə də sərt mesajını ünvanladı: "Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir".

Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmrlərini tam icra etdiyini və icra edəcəyini bildirən dövlətimizin başçısı bildirib: "Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda, biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq".

"BİZ QİSASIMIZI DÖYÜŞ MEYDANINDA ALDIQ. ANCAQ BİZ ERMƏNİ VƏHŞİLİKLƏRİNİ HEÇ VAXT UNUTMAMALIYIQ"

İşğal dövründə şəhərlərimizin yerlə-yeksan edildiyini, tarixi abidələrimizin dağıdıldığını, müqəddəs ocaqlarımızın təhqir olunduğunu və dağıdıldığını xatırladan dövlətimizin başçısı bildirib: "Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz".

"Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz", - deyən dövlətimizin başçısı onu da bildirdi ki, əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz! Çünki biz haqq-ədaləti tələb edirik.

AZƏRBAYCAN PREZİDENTİ ERMƏNİSTANLA SÜLH MÜQAVİLƏSİ ÜÇÜN ŞƏRTLƏRİ BİR DAHA XATIRLATDI

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb. Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd olunduğunu bildirən dövlətimizin başçısı həmin bu ifadələrin kağız üzərində də olmasının və Ermənistan buna imza atmasının zəruriliyini diqqətə çatdırıb. Deyib ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.

Prezident İlham Əliyev sülh üçün digər mühüm şərtlərin Zəngəzur dəhlizinin açılmasının və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasının olduğunu vurğulayıb.

"ERMƏNİSTAN ÖZ İMZASINA HÖRMƏT ETMƏSƏ NƏTİCƏ ONLAR ÜÇÜN ACINACAQLI OLACAQ"

"Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr nəticə onlar üçün acınacaqlı olacaq".

Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

"Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik", - deyə dövlətimizin başçısı bildirib.

Dövlətimizin başçısı qələbədən sonra keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarıldığını vurğulayan dövlətimizin başçısı bildirib: "Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır".

Bəli, bu Qalib liderimiz, Azərbaycan Prezidenti, Ali Baş Komandanın son 20 illik prezidentlik fəaliyyəti dövründə bütün vədlərinə əməlləri ilə sübut etdiyinin realllığıdır.

"ULU ÖNDƏRİN AZƏRBAYCAN ORDUSUNUN FORMALAŞMASINDA XÜSUSİ ROLU VAR"

"Ulu Öndərin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolu vardır. Hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın". Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

"Ulu Öndərin doğum günündə, 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür", - deyə dövlətimizin başçısı qeyd edib.

Bəli, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının toxunduğu mühüm məsələlər bir daha Azərbaycanın yaratdığı reallıqlardır. Və bütün dünya bir daha gördü ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu, əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər. Və Ermənistan da, ona havadarlıq edən dairələr də bilir ki, bu gün nə qədər revanşdan danışsalar da müharibə dövründə fərarilik edən erməni toplumu ilə Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək mümkün deyil. Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün mümkün ssenarilərə uyğun davranmağa hazırdır və bütün şərtlərdə dövlətimizin maraqları ən yüksək səviyyədə təmin ediləcək.

Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur mübariz, igid əsgərlərimizin rəşadəti! Bu nailiyyət və qələbələr həm də Xalq-Ordu Birliyinin, orduya olan inamın Qələbəsidir! Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Çünki Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə