Ermənilərin fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb - MN

Ermənilərin fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb - MN

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə