"Ermənistana yeri göstərilməlidir" - MUSA QASIMLI

"Ermənistana yeri göstərilməlidir" - MUSA QASIMLI

"Dünən öz torpağımızda sərhədçimizə terrorçu dövlət olan Ermənistan tərəfindən atəşin açılması və onun yaralanması Ermənistanın beynəlxalq normaları kobud şəkildə pozduğunu göstərir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya, İran, Gürcüstan və Türkiyə ilə quru sərhədləri bağlı olsa da, Ermənistanla açıqdır. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi altında onun humanist addımıdır. Ermənistan isə bunu qiymətləndirə bilmir. Belə olan şəraitdə Ermənistan və sülhə mane olan İran vəziyyəti qarışdırmaq istəyir. Azərbaycan dövlətinə, ordusuna, təhlükəsizlik qüvvələrinə atəş açan və buna cürət edən şəxslər dərhal yerində məhv edilməlidir. Biz sərhədimizdən bir quşun belə icazəsiz uçmasına icazə verməməliyik. Biz millət olaraq dövlətimizin yanındayıq. İpə sapa yatmayan, özünü uşaq bağçasında narahat uşaq kimi aparan Ermənistana yeri göstərilməlidir. Sərhəddə baş verən bütün hadisələr üçün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə