"Onlar ya təslim olacaq, ya da rədd olub gedəcəklər" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidenti Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün lazım olan humanist addımları atır. Bu addımlardan biri də həmin bölgədəki qondarma rejimin öz mahiyyətindən imtina etməsi və Azərbaycana qarşı qiyamın təzahürü olan qondarma rejimin prezidenti adından, qondarma rejimin parlament sədri və parlament üzvləri adından, qondarma rejimin hökuməti, nazirləri adından imtina etməsi və bir növ tövbə etməsidir". Bu sözləri Qabil Hüseynli SİA-ya verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident işarə vurub ki, onlara "amnistiya haqqında qanun" tətbiq edilə bilər. Zənnimcə, bu, vəziyyətdən çıxışın ən yaxşı yoludur: "Üstəlik Prezidentin bu addımını Amerika Dövlət Departamenti alqışlayıb. Lakin bu bölgədəki separatçılar heç bir hədəqəyə sığmaq istəmirlər. Onlar özlərinin ənənəvi metodlarından əl çəkmək istəmirlər. Üstəlik onlar Qarabağda olan mülki əhalini öz ideya sahələrində saxlamağa çalışırlar. Bu səbəbdən Azərbaycan tərəfi bütün yolları yoxlayacaq. Seperatçılar ya təslim olub adi Qarabağda yaşayan erməni vətəndaşı olacaq, ya da Azərbaycan ərazisindən rədd olub gedəcəklər. Başqa yol yoxdur. Azərbaycanın bu təklifi əlləri dirsəyə qədər qana batmışlar üçün ən gözəl təklifdir".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə