“Azərbaycanda multikulturalizmin banisi görkəmli lider Heydər Əliyev olub” - SAHİBƏ QAFAROVA
“Azərbaycanda multikulturalizmin banisi görkəmli lider Heydər Əliyev olub. Onun bizlərə əmanət qoyduğu multikulturalizm bu gün də davam etdirilir”. SİA xəbər verir ki, bu barədə Millk Məclisin sədri Sahibə Qafarovanın Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” adlı beynəlxalq konfransa göndərdiyi məktubda qeyd edilib.
“Bizim ölkədə məscidlərin, kilsələrin, sineqoqların qapısı hər zaman açıqdır. Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri yaşayır. Onlar Qarabağ müharibəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsində yüksək səviyyədə iştirak ediblər. İndi də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında yaxından iştirak edirlər. Azərbaycan hər zaman ölkədə multikulturalizminin təmin edilməsinə diqqət yetirib və yetirəcək”- deyə məktubda bildirilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB