Türkmənistan prezidenti Ərdoğanı təbrik etdi

Türkmənistan prezidenti Ərdoğanı təbrik etdi

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərinin ikinci turunda qazandığı uğurlar münasibətilə təbrik edib.

SİA xarici mediaya əsasən məlumat verir ki, Berdiməhəmmədov Türkiyə xalqının əldə etdiyi siyasi uğur və demokratiya iradəsinə əsaslanan qələbəyə görə Ərdoğanı səmimi qəlbdən təbrik etdiyini və yenidən prezident seçilən Ərdoğana dövlət işlərində böyük uğurlar arzuladığını bildirib. Türkmənistanın Xalq İşləri Prezidenti Qurbanqulu Berdiməhəmmədov da Ərdoğana telefonla zəng edərək onu seçkidəki uğuru münasibətilə təbrik edib. Görüş zamanı tərəflər iki ölkənin siyasi-diplomatik, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əlaqələrin hərtərəfli genişləndirilməsinə və etimada əsaslanan münasibətlərin bütün sahələrində çoxtərəfli hökumətlərarası əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə