Mehriban Əliyeva Türkiyə Prezidentini və xanımını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə təbrik edi

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Mehriban Əliyeva sosial media hesabında bildirib.

“Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!” – Mehriban Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə