Türkiyədəki seçkinin ikinci turundan gözləntilər nələrdir? - POLİTOLOQ ŞƏRH ETDİ

Türkiyədəki seçkinin ikinci turundan gözləntilər nələrdir? - POLİTOLOQ ŞƏRH ETDİ

"Türkiyədə seçkilərin birinci mərhələsində olduğu kimi, ikinci mərhələnin də kifayət qədər gərgin rəqabət mühitində keçiriləcəyi gözlənilir". Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Aytən Qurbanova deyib.

O, qeyd edib ki, birinci mərhələdə müvafiq qaydada 49 və 44 faiz nisbətində mütləq qələbə əldə edə bilməyən iki əsas namizəd, Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlunun davam edən təşviqat kampaniyası da buna bariz nümunədir: "Ata ittifaqının namizədi olaraq birinci turda təxminən 5 faiz səs toplayan Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlamasının ümumilikdə seçkinin nəticələrinə təsirsiz keçməyəcəyi ehtimal edilsə də, bu həlledici amil olaraq dəyərləndirilə bilməz. Nəticə etibarilə, ilkin ehtimallar onu deməyə əsas verir ki, Türk xalqı hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın lider olaraq qəbul etməyə və onun seçki platformasına uyğun olaraq verdiyi vədlərə növbəti dəfə etimad göstərməyə hazırdır. Necə ki, ilkin addım olaraq parlament seçkilərində bu etimadı yeniləmiş oldu".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə