“Azərbaycanın dünya miqyasında siyasi mövqeyi kifayət qədər güclənib“ - POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycanın dünya miqyasında siyasi mövqeyi kifayət qədər güclənib. Bu gün Azərbaycan BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Həmçinin hazırda Azərbaycan Türk dövlətləri kimi önəmli bir təşkilatın yenidən strukturlaşmasında, formalaşmasında əhəmiyyətli rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatı ilə də əməkdaşlıq edir: “Cənab Prezidentin Qərbə, Avropa ölkələrinə səfərləri və bunun arxasınca Rusiyaya səfəri kontekstində də Avrasiya İqtisadi İttifaqının iclasın Putin tərəfindən qonaq qismində dəvət edilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində güclənən mövqelərinin göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB