“28 may Azərbaycanın gələcəyinə işıq salan tarixi bir gündür” - DEPUTAT DANIŞDI
“28 may Müstəqillik günü Azərbaycan tarixinin ən yadda qalan, xalqımızın keçmişini səciyyələndirməklə yanaşı, həm də bu günü və gələcəyinə işıq salan tarixi bir gündür. Çünki mayın 28-də Azərbaycanda milli, müstəqil, demokratik dövlət yaradılıb. Bu dövlət çox yaşamayıb, cəmi 23 ay ömür sürüb. Lakin həmin dövrdən sonra Azərbaycan Sovet Sosialist dövlətinin yaranması üçün də müəyyən mənada şərt olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının təsəvvüründə bir növ romantik hadisədir: "Lakin bunun çox ciddi həqiqətləri də var. Yəni bu sayədə Azərbaycan vətəndaşlığı, ordusu barəsində fikir formalaşdı. Ümummilli Liderin banisi olduğu Azərbaycan dövlətində Azərbaycan Xalq Cümhuriyyəti xüsusi nüfuz daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB