"Moskva görüşü sülhün tezləşdirilməsində mühüm rol oynayacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“XİN rəhbərlərinin Moskvada baş tutacaq görüşü Brüssel görüşündən sonra əldə olunan razılıqların konkret hala gətirilməsi və sülh danışıqlarının tezləşdirilməsi üçün əhəmiyyətli rol oynaya bilər. İlk növbədə yaxın gələcək üçün kommunikasiyaların açılması, xüsusilə də dəmiryolu xəttinin işə düşməsi və ya Ermənistan ərazisində Zəngilandan Naxçıvana dəmiryolu xəttinin inşası ilə bağlı məsələlər müzakirə oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Rusiyadakı dəmiryolu xətləri öz şirkətləri nəzarətindədir: “Bu da istər-istəməz bu prosesdə həlledici rol oynaya biləcəyini dəlalət edir. Rusiyanın qərarı və görüşdə iştirakı çox önəmlidir. Eyni zamanda, Ermənistanın bu dəmiryolu xəttinin inşası və buna paralel olaraq yol tikintisi ilə bağlı xərclərin həll olunması məsələsi gündəmdədir. Çünki Ermənistanın bu xərcləri qarşılamaq gücü yoxdur. Rusiyanın və ya Azərbaycanın bu məsələni həll etməsi prosesi daha da sürətləndirə bilər”.
Deputat sözlərinə davam edərək bildirib ki, bu məsələlər də Moskva görüşündə müzakirə ediləcək: “Daha sonra bu görüş may ayının 25-də Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin iştirakı ilə baş tutacaq növbəti görüşdə konkret razılığın əldə olunmasına töhfə verə bilər. Bir sözlə, əgər Ermənistan götürdüyü öhdəlikləri və verdiyi sözləri yerinə yetirəcəyi təqdirdə biz sülhü tezləşdirə bilərik. Amma Ermənistan Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında sülhə razılıq verməli, sərhədlərin tanınması üçün işçi qrupunun fəaliyyətinə dəstək olmalıdır. Avropa, xüsusilə də Fransadan dəstək ummaqdansa, Azərbaycanla razılığa gəlib sülhü tezləşdirməlidir. Belə olacağı təqdirdə Ermənistan bu prosesləri az itki ilə başa vura bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB