“Qarşımızda riyakar, ikiüzlü, hiyləgər ermənilər və onun lideri dayanır” - MÜSAHİBƏ
Politoloq Anar Əliyevin “Səs” qəzetinə müsahibəsi
- Anar müəllim, Brüsseldə keçirilən üçtərəfli görüş ümumilikdə sülhə doğru atılan müsbət bir addım hesab etmək olarmı?
- 14 mayda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında birbaşa görüş keçirildi. Düşünürəm ki, bu görüşlə bağlı bir qədər fərqli təhlillər aparmaq lazımdır. Öncə onu qeyd edim ki, Şarl Mişel bu görüşdə moderatordan daha çox birbaşa görüşü təşkil edən tərəf rolunda çıxış elədi və bu hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı digər platformalardan, xüsusilə də, Kreml platformasından müsbət mənada ciddi şəkildə fərqlənirdi. Digər tərəfdən hesab edirəm ki, bu görüşdə ən mühüm müsbət addımlardan biri Ermənistanın nəhayət ki, 31 avqust tarixində Brüssel formatında keçirilən görüşdən 9 ay sonra görüşün keçirilməsinə nail olması idi. Çünki dəfələrlə bu format çərçivəsində görüş keçirilməsinə cəhdlər edilmişdi, amma məhz Fransanın təhriki və Ermənistanın təxribatları ilə bu görüşlərin keçirilməsini qarşısı alınmışdır. Hələ ötən ilin noyabr aylarının sonlarından Fransanın görüşdə əlavə vasitəçi tərəf kimi çıxış etməsini və iştirak etməsini tələb edən Ermənistanın bu tələbləri əsasında Azərbaycan və Ermənistan liderləri arasında dekabrın 7-də keçirilməsi gözlənilən görüş təxirə salınmışdır.
- Ermənistan Brüssel görüşü öncəsi də Fransanın görüşdə iştirak etməsini israr edirdi. Lakin Azərbaycanın qətiyyəti və prinsipiallığı nəticəsində Paşinyanın istəyi baş tutmadı.
- 14 may görüşü ərəfəsində də Ermənistan yenə də təkidlə Brüssel formatının dəyişdirilməsini, yeni elementlərin daxil edilməsini xüsusilə də, Fransa prezidentinin orada iştirak etməsi ilə bağlı tələb qoyulmuşdur. Amma Azərbaycanın qətiyyətli mövqeyi ilə Ermənistan bu tələbindən geri çəkildi. Almaniyanın iştirakını da tələb etmişdi. Amma Azərbaycanın qətiyyətli əks mövqeyi ilə və əsaslı arqumentlər ilə Ermənistan bu tələbindən geri çəkilmək və görüşdə iştirak etmək məcburiyyətində qaldı. Bu görüş zamanı hesab edirəm ki, çox mühüm bir necə istiqamətdə nəticələr əldə olundu. Əslində, Azərbaycanın uzun müddətdir ki, tələb etdiyi və irəli sürdüyü bir sıra şərtlər həm görüşü təşkil edən tərəf Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel, həm də sülh gündəliyi ilə bağlı müzakirələrdən davamlı şəkildə yayınmağa çalışan Ermənistan lideri tərəfindən qəbul edilmiş oldu. Birincisi, danışıqlar prosesinin getdiyi iki il yarımdan artıq bu dövr ərzində ilk dəfə Ermənistan Azərbaycanın konkret sərhədlər daxilində 86,6 min kvadrat kilometr ərazi bütövlüymüzü və dövlət suverenliyimizi qəbul etdiyini, tanıdığını bəyan etdi. İkincisi, çox mühüm cəhət hesab edirəm bundan ibarətdir ki, Şarl Mişel bəyanatımda bu rəqəmləri qeyd etməklə erməni tərəfini Ermənistanın növbəti manipulyativ davranışlarının qarşısını almış oldu və açıq şəkildə bəyan etdi ki, biz Ermənistanın Paşinyanın söz oyununa meyilli olduğunu və götürdüyü öhdəliklərdən, verdiyi sözlərdən davamlı şəkildə yayınmağa çalışdığını bilirik və ona görə də, konkret rəqəmlərlə Qarabağda daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınma məsələsini qeyd edildi. Bu ən mühüm cəhətlərdən biri idi. Eyni zamanda, 10-12 may tarixlərində və görüşün keçirildiyi 14 mayda sərhəddə Ermənistan tərəfindən törədilən hərbi təxribatlar onu göstərdi ki, Ermənistan bu görüş ərəfəsində və görüş çərçivəsində bir neçə ciddi hədəfə nail olmaq istəyirdi. Birincisi, Ermənistan bununla 10-12 may tarixlərində ki, təxribatlarla özü üçün arzuolunmaz müzakirə gündəliyini, sülh gündəliyini dəyişmək və gündəliyin daha çox atəşkəs məsələləri ilə əhatə olunmasına çalışırdı. Buna nail olmadıqda, həm Azərbaycan tərəfinə həm də Avropa Birliyinə və dünya ictimaiyyətinə Azərbaycandan fərqli olaraq Ermənistanda bütün situasiyaya tam nəzarət edə bilmədiyini və baş verən proseslərin Paşinyanın iradəsindən kənar reallaşdığını və buna görə də, Paşinyandan daha ciddi tələblərin və qısa zaman ərzində yerinə yetirilməsinin, tələb edilməsinin real olmadığı görüntüsünü formalaşdırmağa çalışırdı. Üçüncü mühüm istək plan isə görüşün getdiyi vaxta belə təxribatları törətməklə Ermənistan cəmiyyətinin məğlub tərəf olaraq, Paşinyanın növbəti dəfə Ermənistanın müxtəlif dairələr tərəfindən məğlubiyyəti kimi, qiymətləndirilə biləcək sənədlərə imza atmağa risk edə bilmədiyini və bunun üçün də atacağı addımların, imzalayacağı sənədlərin Ermənistan cəmiyyəti tərəfindən qəbul edilməsi üçün Azərbaycan tərəfindən müəyyən güzəştlərin əldə olunması zərurəti yarandığı görüntüsünü formalaşdırmaq istəyirdi. Təxminən belə bir təsəvvür formalaşdırır ki, siz mənə hansısa müəyyən güzəştlər verin, hansısa güzəştlərə gedin ki, “mən o güzəştlərlə Ermənistana qayıdarkən mənim imzaladığım sənədlər, mənim üzərimə götürdüyüm öhdəliklər bu güzəştlər hesabına qəbul edilə bilsin və onları həyata keçirə bilim”. Hesab edirəm ki, həm Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi, eyni zamanda, Şarl Mişelin də bəyanatında səslənən bir sıra məsələlər onu göstərdi ki, bəli artıq nəyin ki, Azərbaycan və Onun lideri eyni zamanda, bütün dünyada Ermənistanın mahiyyətini, Ermənistanın riyakar, ikiüzlü, hiyləgər davranışlarını çox yaxşı bilir, moniplyativ davranışlarda maraqlı olduqlarını çox yaxşı görür və bunun qarşısını almaq istiqamətində bəyanatlar səsləndirdi və konkret bəyanatda öz əksini tapdı.
- Görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi hesab etmək olarmı?
- Bəli, bütün görüşlərdə olduğu kimi, Brüssel görüşündə də Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, çevik diplomatik fəaliyyəti nəticəsində ölkəmiz diplomatik zəfərini qazandı. Bu görüşdə mühüm nəticələrdən biri Qarabağda etnik erməni vətəndaşları terminindən istifadə olunmadı, heç bir halda ermənilərə hər hansı bir statusun verilməsi ilə bağlı məsələlər müzakirə olunmadı. Bəyanata bu istiqamətdə hər hansı fikir ifadə olunmadı. Qarabağdaki, etnik ermənilərin hüquq və təhlükəsizliyinin Azərbaycan dövlətinin daxili iş olduğunu və bununla bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində addımların atıldığını əks olunması hesab edirəm görüşün çox müsbət nəticələrindən biridir.
- Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Sizcə, bundan sonra Azərbaycan-Ermənistan sərhədində erməni təxribatları baş verməyə bilər?
- Brüssel görüşündə, eyni zamanda, Ermənistanda hökumətin, parlamentin iclaslarında Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı fikirlər və bəyanatlar səsləndirib. Amma məhz bu görüşdə ilk dəfə konkret sərhədlər daxilində yəni, 86,6 min kvadrat kilometr ərazimizin Qarabağda daxil olmaqla Xankəndi, Əsgəran Ağdərə, Xocalı və digər yaşayış məskənlərimizdə daxil olmaqla sərhədlərimiz daxilində ərazi bütövlüymüzü tanıdığını bəyan etdi. Amma biz qarşı tərəfin kim olduğunu heç vaxt unutmamalıyıq. Qarşımızda riyakar, ikiüzlü, hiyləgər ermənilər və onun lideri dayanır. Yəni istənilən vaxt öz imzasından, danışdığı sözdən, ifadə etdiyi fikirlərdən imtina etməyə hazır qeyri-ciddi bir xalq və lideri dayanır. Ona görə də, hesab edirəm ki, bu mövqe Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədiləcək təxribatların yekunlaşdığı kimi qəbul edilə bilməz. Əksinə, hesab edirəm ki, bu görüşdə Ermənistanın maraqlarının geniş şəkildə təmin olunmaması, Ermənistanın havadarı Fransanın bu görüşlərdə iştirakının təmin edilməməsi məhz həmin dövlətin Fransa tərəfindən təhrik edilməklə təxribatlarının sayını, əhatə dairəsini artıra bilər. Bu baxımdan, biz Azərbaycan olaraq, hər zaman bu təxribatlara hazır olmalıyıq, ehtiyatlı olmalıyıq. Hesab edirəm ki, bu istiqamətdə də Azərbaycanın müvafiq qurumları, Azərbaycan ordusu zəruri ehtiyat tədbirlərini görür, Ermənistanın istənilən təxribatına qarşı ən kəskin şəkildə də cavab vermək gücündə və qüdrətindəyik və bunu dəfələrlə də sübut etmişik.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB