"Keçirilən əməliyyatlar Ermənistanı durduracaq" - POLİTOLOQ ŞƏRH ETDİ
“Erməni təxribatları həmişə olub. Amma yaxın iki həftə ərzində Ermənistandan Azərbaycana qarşı təxribat gözləmirəm. Çünki onlar Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələrindən özlərinə dərs çıxaracaqlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, eyni zamanda, ayın axırına qədər Moskva görüşü gözlənilir: “Ermənistan çalışacaq ki, təxribata əl atmasın. Nəzər yetirsək görərik ki, Brüssel və ya Vaşinqton görüşlərindən öncə təxribatlar baş verdi. Deməli, bu Ermənistanın deyil, Rusiyanın təxribatıdır. Ermənistan və Azərbaycan arasında yenidən müharibə olacağını düşünmürəm. Ermənistanın buna maddi imkanı, resursları yoxdur. İlkin hesablamalara görə, Ermənistan 44 günlük müharibədə 1 milyarddan çox dəyəri olan silah-sursat itirib”.
Politoloq sözlərinə davam edərək bildirib ki, nə qədər qəbul etməsələr də, Ermənistan ordusu tamamilə məhv olub: “Amma Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi anti-terror əməliyyatı həyata keçirməyə hazırdır. Çox peşəkar ordumuz var. Onlar özünü II Qarabağ müharibəsində də göstərdi. Dövlətimiz tərəfindən keçirilən əməliyyatlar Ermənistanı nəticədə durduracaq. İlkin proqnozlar onu göstərir ki, yaxın aylar ərzindən bayrağımız Xocalı və Xocavənddən birinin ərazisində sancılacaq. II Qarabağ Müharibəsinin üçüncü ildönümünə qədər Azərbaycan bu missiyanı həyata keçirmək istəyir. İnanırıq ki, tezliklə istəyimiz yerinə yetəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB