“Sülh hamıdan çox tənəzzüldə olan Ermənistana lazımdır“ - SİYASİ EKSPERT DANIŞDI
“Brüsseldə Aİ prezidenti Şarl Mişelin dəstəyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən son görüşün nəticələrini ümumən qənaətbəxş hesab etmək olar. Görüşün nəticələri və səsləndirilən bəyanatlardan belə nəticəyə gəlmək olar ki, danışıqlar prosesi yenə Azərbaycanın üstünlüyü ilə davam edib. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsi, bölgədə nəqliyyat komunikasiya layihələrinin açılmasına müsbət yanaşması və sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı irəli sürülən təkliflərlə razılaşması sülh prosesinin gələcəyi üçün böyük ümidlər yaradır”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistanla sülh imzalamaq cəhdləri, Cənubi Qafqazda uzunmüddətli sülhün əldə edilməsi istiqamətində atılan addımlar bölgənin gələcəyi üçün çox vacibdir: “İrəvan bunu yaxşı anlamalı və qiymətləndirməlidir. Nikol Paşinyan son bəyanatlarında nə qədər ciddidir və verdiyi sözlərə necə əməl edəcək, bunu demək çox çətindir. Çünki, biz əvvəlki görüşlərdən sonra Paşinyanın qeyri konstruktiv bəyanatlar səsləndirməsinin şahidi olmuşuq. Əgər Paşinyan nəhayət ki, yeni reallıqları anlayıb Azərbaycanla sülh imzalamağa nail olacaqsa, bu Ermənistanın gələcəyi üçün dividentlər gətirəcək. Çünki, bu gün sülh hamıdan çox tənəzzüldə olan Ermənistana lazımdır. Yox, rəsmi İrəvan həmişəki kimi destruktiv addımlar atacaqsa, bu mövqe Ermənistanı daha acınacaqlı duruma salacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB