“Paşinyan üçlü formata qayıtmağa məcbur oldu” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Paşinyan üçlü formata qayıtmağa məcbur oldu” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına dair Brüssel formatı bərpa olundu. Ötən gün baş tutan üçtərəfli görüş bunu bir daha təsdiqlədi. Məlumdur ki, Fransanın müdaxiləsi nəticəsində Praqa görüşündən sonra bəzi suallar ortaya çıxırdı. Ermənistan Parisin də prosesə qoşulmasına can atırdı. Amma Azərbaycan qəti şəkildə buna imkan vermədi, Paşinyan əvvəlki üçtərəfli formata qayıtmalı oldu. Budəfəki görüşün əsas gündəliyində kifayət qədər vacib məsələlər yer almışdl. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinə doğru növbəti addımın atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru və itkin düşənlərin тaleyi bir daha müzakirə olundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Аzərbaycan Brussel formatından da, Aİ ilə münasibətlərin vəziyyətindən də razıdır, buna mane olan yalnız Fransa idi və indi bunun qarşısı alındı: “Şarl Mişelə gəlincə, o, vasitəçidən daha çox dialoqa dəstək verən tərəfdir. Avropa İttifaqı Şurasının Prezidentinin bəyanatından da aydın oldu ki, danışıqlar zamanı erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edib, lakin bu ifadə qəbul olunmayıb. Nəticədə Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Almatı bəyannaməsinə istinad yer alır”.

Deputat sözlərinə belə davam edib: “Ermənistan Azərbaycanın ən azı 86,6 min kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyır. Bu dəfəki görüşün ən vacib tərəflərindən biri Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı qeydin olmamasıdır. Bu, bir daha 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Böyük Qələbənin yaratdığl yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini təsdiqləyir.
Şarl Mişelin bəyanatında yalnız Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyindən, Bakının bu qrup insanlarla açıq dialoqundan bəhs olunur. Burada heç bir statusdan, beynəlxalq mexanizmlərdən söhbət gedə bilməz.

5-ci Brüssel görüşündə Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş də nəzərə çarpır.

Danışıqlar zamanı Bakı Azərbaycan ərazilərinin minalanması və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi mövzusunu fəal şəkildə qaldırdı. Bu məsələ ilə bağlı dialoq davam etdiriləcək.

Ümumilikdə növbəti Brüssel görüşünü uğurlu hesab etmək olar. Azərbaycan bu dəfə də danışıqlar masasında üstünlüyünü qorumuş oldu”.

Bütün xəbərlər Facebook səhifəmizdə