“Ulu Öndər Azərbaycan dövlətinin təməllərini atan görkəmli dövlət və siyasi xadimdir” - DEPUTAT DANIŞDI
“Ulu Öndər Heydər Əliyev dedikdə ilk növbədə müasir, müstəqil Azərbaycan Respublikası dövlətinin qurucusu göz önünə gəlir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev Sovet Azərbaycanının rəhbəri, SSRİ-ni idarə edən şəxslərdən biri, Naxçıvan Muxtar Respublikasında fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin təməllərini atan görkəmli dövlət və siyasi xadimdir. Azərbaycan dövlətinin işğalçı Ermənistan üzərindən qələbəyə hazırlayan dövlət adamıdır. Azərbaycan xalqı və dövləti yaşadıqca Heydər Əliyev də yaşayacaq. Ulu Öndərin irsinə daim müraciət olunacaq və ondan öyrəniləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB