"Ermənilər ucuz təxribatlarla Azərbaycana təsir göstərə bilməyəcəklər" - POLITOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Zaman-zaman Ermənistan sülh müqaviləsi bağlamamaq üçün təxribatçı addımlara yol verir. Bu, ilk dəfə deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərinin ya özü, ya da onun rəhbərlik etdiyi dövlət təxribatla məşğul olub: "Təəssüf ki, bu günləri də prosesi davam etdirirlər. Bu həm erməni xislətindən doğan bir şeydir, həm də bunların dövlətçilik təcrübəsi olmadığına görə hər şeyi öz ağılları səviyyəsində edirlər. Ona görə də istər Vaşinqton görüşü, istərsə də planlaşdırılan Brüssel və Moskva görüşü öncəsi ermənilər bu və ya digər təxribatlardan istifadə edəcəklər.
Ermənilər ən çox da Laçın keçid-buraxılış məntəqəsi qurulandan sonra o qədər səviyyəsiz danışırlar ki, Azərbaycanı hətta genosiddə belə ittiham edirlər. Bu təxribatlara onsuz da Azərbaycanın immuniteti yaranıb. Ermənilər başa düşsün ki, bu cür ucuz təxribatlarla Azərbaycana heç bir təsir göstərə bilməyəcəklər. Əksinə, bu təxribatlar törədildikcə, Azərbaycanın həm iradəsi, həm də gücü daha da artır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB