Prezidentin imzaladığı əfv fərmanı Türkiyə mediasında

Türkiyə mediasında Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı gündəmdədir. SİA xəbər verir ki, Türkiyənin bir çox məşhur xəbər saytında, televiziya kanalında Azərbaycandaki əfvlə bağlı xəbərlər verilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illiyi şərəfinə imzaladığı əfv sərəncamına əsasən 801 məhkum əfv olunacaq. Sözügedən məhkumların 2-i Türkiyə vətəndaşıdır. Bu xəbər Türkiyənin bir çox KİV-ində yer alıb.

Xəbərdə sözügedən əfvin müstəqil Azərbaycan tarixinin ən böyük əfv fərmanı olduğu da qeyd olunub. Bir çox xarici mediada olduğu kimi, Türkiyə mediasında da böyük sensasiya ilə qarşılanıb

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə