"9 May Qələbə günü Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edir. Faşizm Almaniya və İtaliyada yaranmışdır. 9 May günü isə həmin faşizm üzərində qazanılan qələbəni qeyd etmək məqsədi daşıyır". Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın da 600 mindən çox vətəndaşı bu müharibədə SSRİ tərəfindən iştirak edib: "Qələbənin əldə olunmasında çox sayda qəhrəmanlarımızın rolu olub. Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub. İstər II dünya müharibəsi, istərsə də 44 günlük Vətən müharibəmiz Azərbaycan xalqının nə qədər fədakar, qəhrəman və cəsarətli bir xalq olduğunu bütün dünyaya nümayiş etdirib. Qələbəyə aparan yol xalqın, dövlətin vahid ideya ətrafında sıx birləşməsindən və mənəvi psixoloji cəhətdən düşmənə qarşı fədakarlıqla mübarizəyə hazır olmasından keçir. Bu amillər olmadan heç bir silah və ya texnika qələbəni təmin edə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB