“Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı olub” - HASAN ULUSOY

“Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı olub” - HASAN ULUSOY

“Ulu öndər Heydər Əliyevin böyük potensiallı xarici siyasətindən danışmaq mənim üçün böyük bir şərəfdir”. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda keçirilən beynəlxalq konfransda Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Ulusoy deyib.

Hasan Ulusoy sözlərinə belə davam edib: “Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı olub. Ulu öndər öz zamanının siyasətçiləri arasında tarixə düşüb.

Heydər Əliyev güclü Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olmuş şəxsdir. O bu prosesləri Azərbaycan çox çətin durumda olan zaman həyata keçirmişdi. Biz əminliklə deyə bilərik ki, Heydər Əliyevin unikal yanaşması xarici siaysətdə özünü əks etdirib. Ulu öndərin prioritetləri ölkəsinin milli maraqlarını beynəlxalq arenada qorumaqdan yan keçmirdi. Digər ölkələrlə yaxşı münasibətlər qurulması onun üçün çox önəmli idi. Heydər Əliyevin müxtəlif regional ölkələrlə qonşuluq münasibətləri elə güclü inkişaf edirdi ki, Azərbaycanın stabilliyi regionun stabilliyi ilə həmahəng olmuşdu. Həmçinin, Azərbaycan enerji təhlükəsizliyi məsələlərində də qərb təşkilatlarının etibarlı tərəfdaşı olmuşdur. Ulu öndərin uğurlu irsi cənab İlham Əliyev tərəfindən davam etdirilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə