Parlamentlər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Parlamentlər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İdman və gənclər komitəsinin sədri Adil Əliyev aprelin 29-da Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Arçil Talakvadze ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və digər məsələlər diqqət mərkəzində olub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə