"Dünya bizi görməzdən gəlsə də, haqqımızı tələb edəcəyik" - MÜNASİBƏT BİLDİRİLDİ
“Ekofəalların aksiyası başlayanda biz bilirdik ki, çətin yola giririk. Dünya bizim səsimizi eşitsə də, demək olar ki, heç bir reaksiya vermir. Necə ki 44 günlük Vətən müharibəsində onlar bizim qalib olmağımızı istəmirdilər, həmçinin bu gün bizim haqlı tələblərimizi duymaq istəmirlər. Biz bu aksiyaya başladığımız ilk gün demişdik ki, istəklərimiz təmin olunana qədər fikrimizdən dönən deyilik. İlk günlərdə bizi yol kəsməklə ittiham etdilər. Lakin aydın oldu ki, bunlar boş ittihamlardır”. Bu sözləri SİA-ya açıqlamasında “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova deyib.
Onun sözlərinə görə, nəinki ekofəallarımızın istəkləri, dünya bir çox şeyə səssiz qalır: “Xocalı soyqırımı baş verəndə indiki kimi internet, sosial şəbəkələr yox idi. Ona görə də o vaxt biz bu qanlı soyqırımı dünyaya çatdıra bilməmişdik. Daha sonra “Xocalıya ədalət” kampaniyasına başladıq ki, bunu da dünya ölkələrinin əksəriyyəti dəstəkləmədi. İndi Rusiya-Ukrayna müharibəsində də hər kəs gördü ki, nələr baş verir. Dünyanın Ukraynada baş verənlərə reaksiyasının da şahidi olduq. Amma bu, bizə artıq adi bir hal kimi gəlir. Çünki biz o cür dəhşətli soyqırımlarımıza, 44 günlük müharibəmizə qarşı dünyanın mövqeyini görmüşdük. Dünya bizi görməzdən gəlir. Ancaq biz haqqımızı tələb etməyə davam edəcəyik. Bunun geridönüşü yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB