"Ermənistan çox ciddi iqtisadi-siyasi təlatümlərlə qarşılacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan çox ciddi iqtisadi-siyasi təlatümlərlə qarşılacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Havadarları Azərbaycana təsir və təzyiq göstərmək üçün Ermənistandan alət kimi istifadə etdikləri müddət ərzində təxribatlar bir an belə dayanmayacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın sülh müqaviləsi imzalamağına mane olan xarici güc faktorları da var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan hakimiyyəti sülh müqaviləsini imzalamağa hazır və sadiq olduğunu bildirsə də, şərti sərhədlərdə törətdiyi təxribatlar dayanmır: "Belə olan təqdirdə də Ermənistanın sülhlə bağlı açıqlamalarını əsla səmimi və dürüst hesab edə bilmərik. Bu baxımdan hesab edirəm ki, Ermənistanın arxasında dayanan qüvvələr, həmçinin Cənubi Qafqazda gərginlikdən qidalanan xarici güc faktorları Ermənistanı özünün təsir və təzyiq aləti kimi istifadə etməyə davam edəcək. Bu zaman isə təxribatların bitməsi yaxın zaman üçün mümkün görünmür.

Bu gün Paşinyan hakimiyyəti üçün tarixi bir şans yaranıb. Ermənistan bütün qızışdırıcı faktorlardan əl çəkməli, Azərbaycan və Türkiyə ilə sülhə gəlib normal bir dövlət kimi inkişaf etməlidir. Əks təqdirdə isə Ermənistan kimlərinsə əl maşası olaraq təxribatlara davam edib, daxildə çox ciddi iqtisadi-siyasi təlatümlərlə qarşılaşacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə