"İstəyirik ki, Ermənistan onun-bunun oyuncağı olmasın" - HULUSİ KILIÇ DANIŞDI
"Ermənistan dövlət ola bilmədi. Biz gözləyirdik ki, o nə vaxtsa dövlət olacaq". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müsbət addımlar atıldığında Ermənistan siyasi və hərbi təxribatlar törədir: "Can Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq üçün lazım olan bütün addımları atıb. Lakin Ermənistanın son dəfə 11 Apreldə törətdiyi təxribatlar sülh müddətinə zərər verir. Bu həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının da qarşısını alır. Çünki Türkiyə hər zaman deyir ki, öncə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq, sonra da Türkiyə Ermənistanla münasibətlərini normallaşdıracaq. 1993-cü ildən bəri bağlı olan Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik əlaqələrin qurulması da Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanmasına bağlıdır".
Hulusi Kılıç sözlərinə belə davam edib: "Bilirik ki, İran 30 ildən çoxdur ki, Ermənistanı dəstəkləyir. Bu bir sirr deyil və hər kəs bilir. İranın bu davranışını anlamaq mümkün deyil. Əgər dindən söhbət gedirsə və İranın da Türkiyə və Azərbaycan kimi bir qonşusu varsa, Azərbaycana yardım etməli idi. Biz istəyirik ki, Ermənistan onun-bunun oyuncağı deyil, real bir dövlət olsun. Atdığı addımlar Ermənistanı dövlət olmaqdan çıxarır. Biz buna kukla dövlət deyirik. Kukla dövlət də ciddi şəkildə davam edən sülh prosesinə zərər verir.
İstəyirik ki, sülh müqaviləsi bağlansın və bölgədə hüzur olsun. Ermənistan ciddi dövlət olsun və Azərbaycanla sülh müqaviləsi imzalasın. Bu halda Türkiyənin də Ermənistanla münasibətləri normallaşacaq.
Allah şəhidlərimizə rəhmət etsin. Azərbaycana və şəhidlərin ailələrinə baş sağlığı diəyirəm. Allah bir daha belə günləri bizə yaşatmasın. Yaşasın, Azərbaycan və Türkiyə qardaşlığı!".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB