"Bu qarşıdurma III Dünya müharibəsinə səbəb ola bilər" - POLİTOLOQ ŞƏRH ETDİ
"Tayvanın Çin tərəfindən mühasirəyə alınması ABŞ-la Çin arasında başlanan siyasi böhranın hərbi müstəviyə keçməsini tətikləyir. ABŞ daima qeyd edir ki, Tayvanı müdafiə edəcək. Həmçinin, Çin və ABŞ arasında beynəlxalq güc uğrunda mübarizə də gedir. Çin çalışır ki, beynəlxalq müstəvidə öz orbiti olsun. Amma ABŞ bununla razılaşmır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ Çinə qarşı Avstraliya, Yeni Zenlandiya, Yaponiya, Cənubi Koreya və Hindistandan ibarət bir təşkilat yaradıb: "Hətta NATO-nu da qlobal təşkilat çərçivəsində Çinə qarşı yönəldib. Bu o deməkdir ki, Çin və ABŞ arasında siyasi böhran daha da kəskinləşir. Bunun hərbi münaqişəyə çevrilməsi təbii ki, Çinin Tayvana qarşı hücumu ilə başlaya bilər. Sakit okean və Sarı dəniz periferiyasında ABŞ və Çin arasında hərbi gəmilərlə müəyyən gərginliklər olur. ABŞ dövlət katibi Blinkenin Çinə səfəri gözlənilirdi. Hələki bu səfər də təxirə salınıb. Xüsusilə Çinin Tayvanla bağlı hərbi ritorikaya üstünlük verməsi ABŞ-ı ciddi narahat edir. Düşünürəm ki, əgər Çin Tayvana hücum edərsə, ABŞ da buna qarşılıq verəcək. Əlbəttə ki, iki qlobal gücün hərbi qarşıdurması III Dünya müharibəsinə gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB