"İran parlamentinin əsassız iddialarını qəti şəkildə rədd edirik" - SAHİBƏ QAFAROVA
"Milli Məclis İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat hazırlayacaq". SİA xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
Skiper İran parlamentinin bəyanatına cavab olaraq bildirib ki, İran Azərbaycan torpaqlarını 30 il ərzində talamış Ermənistana qarşı hər hansı bir addım atmayıb: "Əksinə, Ermənistana dəstək verib. Azərbaycanın İsraildə səfirliyinin açılmasına isə qərəzli yanaşır. İran parlamentinin əsassız iddialarını qəti şəkildə rədd edirik. İran tərəfini ikitərəfli əlaqələri daha da pozmamağa çağırırıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB