"ABŞ dünyada bir çox çevrilişlərin də müəllifidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"ABŞ dünyada bir çox çevrilişlərin də müəllifidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Təhlükəsizlik orqanları uzun illərdir ki, ölkədə "5-ci kolon"un fəaliyyətinə qarşı xüsusilə, həm Rusiya, həm də Qərbin formalaşdırdığı şəbəkəyə qarşı zaman-zaman əməliyyatlar həyata keçirir. Qərbin də bu istiqamətdə demək olar ki, fəaliyyəti dayandırılıb. Əlbəttə kəşfiyyat və ideoloji bir sistem formalaşdırmaq məqsədilə atılan addımlar siyasi hakimiyyətin dəyişməsinə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, ABŞ bu istiqamətdə dünyada bir çox çevrilişlərin də müəllifidir: "Müəyyən maliyyə dəstəyi, humanitar təşkilatlar adı ilə mərkəzlər yaradılır və ölkələrin siyasət sisteminə nüfuz edilir. Azərbaycanda Rusiya, İran və Qərbin kolonları demək olar ki, neytrallaşdırlır və onların hakimiyyətə qarşı hər hansı təzyiqinə yol verilmir. Hazırda da keçirilən həbslər İranın formalaşdırdığı casus şəbəkəsini sıradan çıxarır. Düşünürəm ki, ABŞ-ın Azərbaycanda boş qalan yerə nüfuz etməsi də mümkündür. Humanitar təşkilatlar, insan hüquqları təşkilatları adı altında boş qalan yerə nüfuz edə bilər. Amma Azərbaycanın xüsusi xidmət orqanlarının də artıq öz təcrübəsi var. Hakimiyyətə qarşı hər hansı bir təhlükə olduqda həmin mərkəzlər hansı dövlətə bağlı olmasından asılı olmayaraq neytrallaşdırmaq gücünə malikdir. Buna görə də ABŞ-ın burada hər hansı bir təşkilatı fəalliyyət göstərib, siyasi proseslərə təsir edəcəksə, Azərbaycan bunun da qarşısını alacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə