Azərbaycan xalqının Şimali Kipri dəstəkləməsi bizim üçün çox önəmlidir

Azərbaycan xalqının Şimali Kipri dəstəkləməsi bizim üçün çox önəmlidir

Azərbaycanda özümü evdəki kimi hiss edirəm. Biz artıq bir millət, üç dövlətik. Bizim ortaq acılarımız, ortaq dəyərlərimiz vardır. Azərbaycan xalqının Şimali Kipri dəstəkləməsi bizim üçün çox önəmlidir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Baş nazirinin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç aprelin 5-də keçirdiyi mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, təhsil və turizmin ölkəsinin əsas sektorlarındandır. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin perspektivləri böyükdür.

Şimali Kiprin rəsmisinin sözlərinə görə, çərşənbə günləri Şimali Kiprdən Azərbaycana Türkiyə vasitəsilə uçuşlar olacaq. İlk uçuş aprelin 19-da həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə