"Ermənistan öz məğlubiyyətlərindən nəticə çıxarmalıdır" - DEPUTAT ŞƏRH ETDİ
“Bəlkə də 44 günlük müharibədə fərarilik edən erməni əsgərlərinin sayı Anna Akopyanın etiraf etdiyindən qat-qat çox olub. Həmin dövrdə erməni zabitlərinin cəbhə xəttindən qaçıb gizləndikləri barədə vaxtaşırı sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb. Hətta bir erməni generalı döyüş bölgəsində təcili tibbi yardım maşınından yaralı erməni əsgərlərini düşürərək həmin maşına minib döyüş bölgəsindən qaçmışdı . Bunun özü göstərir ki, Ermənistan normal silahlı qüvvə yarada bilməyib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, işğal edilmiş torpaqda heç vaxt vətənpərvər olmaq olmaz: “Ümumiyyətlə, Ermənistanın problemi başqa xalqların torpağına, tarixinə, mədəniyyətinə iddia etməsidir. Ermənistan cəmiyyətinin üzdə olanları həmişə ən üstdə olduqlarını, kimdə yaxşı nə varsa onlara məxsus olduğunu təlqin etməyə çalışıblar. Bu isə milli düşüncədə bir qüsurluluq sindromu yaradıb. Hələ də Ermənistan 44 günlük müharibənin təsirindən ayıla bilmir. Başqa dövlət olsaydı, öz qonşuları ilə normal münasibətlər qurmağa çalışardı. Ermənistan indi də başqa dövlətlərə əl açıb hərbi yardım istəyir və hələ də Azərbaycanla müharibəyə can atır. Başa düşmür ki, bu dəfəki döyüş 44 gün deyil, çox qısa bir müddət çəkəcək və Ermənistanın tamamilə məhv olması ilə nəticələnəcək. Azərbaycanın başqa torpaqlarda gözü yoxdur. Ona görə də bizim Polad Həşimov, Mübariz İbrahimov kimi cəngavərlik göstərən 10 minlərlə əsgər və zabitimiz oldu. Ermənistan isə öz tarixindən, ard-arda məğlubiyyətlərindən nəticə çıxarmalıdır. Başqa xalqın irsinə iddia etməklə xoşbəxtlik əldə olunmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB