Dağılmaqda olan bir ölkə, özü də işğalçılığı, talançılığı dövlət siyasəti hesab edən ölkə üçün bu zamana qədər gördükləri himayədən məhrum olmağın nə demək olduğunu ağlı başında olan hər bir erməni başa düşməlidir. Ermənistanın bu gününü, eləcə də gələcəyini Rusiyasız görməyən ermənilərin sayı da günü-gündən artır və bu da səbəbsiz deyil, əksinə, məntiqidir. Onların böyük əksəriyyəti yenə də böyük rus qardaşlarının ayaqları altına yıxılmaq üçün əldən-ayaqdan gedirlər.
Müstəqillik, yaxud da suverenlik anlayışı işğalçı ölkədə sonuncu yerdədir, desək yanılmarıq. Artıq ermənilər öz ölkələrinin müstəqil olaraq qalacağına da, gələcəyinə də inanmırlar və ölkələrini bir daha Rusiyanın tabeçiliynə atmaq üçün tərəddüd etməyənlər azlıq təşkil etmir. Doğrudur, bu, erməni xislətinin, vətənsiz insanların xislətinin təzahürü kimi təəccüb doğurmur, amma istənilən bir ölkə vətəndaşı üçün çox iyrənc, ən azından utancverici sayılır. Məsələ burasındadır ki, son zamanlar Qərbin ayaqları altına sərilən haylar bunun nəticəsini görə bilmədilər və onları himayə etmək niyyətinin olmadığını gördülər. Gördülər ki, Qərb ancaq boş vədlər verir və qondarma demokratiya sözü ilə erməniləri aldadır, çünki demokratiyadan da bu ölkədə söhbət gedə bilməz. Demokratiya bəhanəsi ilə də həmin ölkə sadəcə marionet olaraq idarə olunur, Qərbin məqsədləri, oyunları üçün alət edilir. Ölkələri sıxıntı içərisində olanda isə Qərbin heç bir dəstək göstərmədiyini də görmələri əslində, himayədən məhrum olmaları demək idi, indi bununla təkcə rəsmi İrəvan deyil, dünyanın bütün erməniləri üzləşdiklərinin fərqindədirlər.
Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya qarşı mövqe sərgiləyən ermənilər düşünürlər ki, Qərblə bir sırada durmaq Ermənistana hər zamankindən daha çox indi lazımdır. Amma belə düşünənlər də hətta haqqın, ədalətin tərəfində olmaq üçün bu qənaətdə deyillər və onlar üçün Ukraynanın, ya da ukraynalıların haqlı mövqelərini müdafiə etmək zərrə qədər maraqlı deyil. Söhbət hansısa haqdan, ədalətdən getmir, belə bir mövqe sərgiləməkdə başqa səbəblər var və bu da yenə erməni simasızlığını ortaya qoyur. Bir tərəfdən Ermənistan cəmiyyətində Azərbaycanın haqq işinə, haqlı mübarizəsinə dəstək verən ukraynalılara qarşı bir nifrət hissi var, amma onlar üçün əsas məsələ yenə də özlərinə ağa axtarmaq, kimlərinsə kölgəsinə sığınmaq, himayə qazanmaqdır ki, bu məqamda da Qərb yönümlülük özünü göstərir. Bu, erməni hiyləgərliyidir və vəziyyətə görə yaltaqlanmaqdan başqa bir şey deyil. Rusların, Rusiyanın himayəsindən məhrum olmaq qorxusu yaşayan ermənilərin Qərbə meyilli olmaları da bundan qaynaqlanır, amma səyləri əbəs yerədir, çünki simaları, daha doğrusu simasızlıqları hər kəsə bəllidir. Bəllidir ki, haylar ancaq himayə olunmaq istəyi ilə belə mövqedədirlər, onlara bel bağlanılası deyil və bu səbəbdən də Qərb tərəfindən himayə barədə düşünülmür də heç. Bu səbəbdən də Ermənistan cəmiyyətinin həyacan keçirdiyi aydın şəkildə görünür.
Bəli, rəsmi İrəvan indiyə qədər hiyləgərcəsinə iki cəbhə arasında müvazinətini saxlamağı, manipulyasiya etməyi bacarır. Ermənistan bir tərəfdən Rusiyanın Avropa Şurasından çıxarılmasının əleyhinə səs verir, digər tərəfdən isə, Rusiyanın başlatdığı müharibəyə dəstəyi guya ifadə etmək istəmir. Halbuki, Ukrayna ərazisində əsir düşən Rusiya hərbçiləri arasında ermənilərin də olduğu bəlli olur. Etiraf edilməlidir ki, mövcud şərtlər daxilində bu, mümkün olan maksimum simasızlıq, ikiüzlülükdür. İndi ermənilər Rusiyanı qəzəbləndirməmək və Qərbi özündən uzaqlaşdırmamaq üçün sifətdən sifətə düşür, dondan dona girirlər. Bunu təkcə erməni cəmiyyətində müşahidə etmirik və bütövlükdə Ermənistanın bir dövlət olaraq siyasətində ikiüzlülük hər an özünü göstərir və ermənilərin indiyə qədərki hakimiyyətlərinin hamısı bu məsələdə eyni şəkildə simasızlıq edib ki, haradasa kölgələnə, himayə oluna bilsinlər. Bunu görməmək, nəzərdən qaçırmaq mümkün deyil və heç şübhəsiz ki, Qərb də Rusiya da həmin simasızlığın fərqindədir. Elə ona görə də himayədən məhrumiyyətlə üzləşmək artıq ermənilərin arzulamadıqları reallıqdır.
“Rusiyasız Ermənistanın gələcəyi yoxdur”, “Rusiya sizinlədir”, “Rusiya və Ermənistan əbədi olaraq qardaşdırlar” şüarları səsləndirərək meydanlara toplaşan aksiya iştirakçıları öz ölkələrinin müqəddəratını bu ölkəni Rusiyanın ayaqları altında atmaqla həll etməkdə görürlər, çünki gələcəklərinə, müstəqil olaraq, suveren olaraq mövcudluqlarına inanmırlar. Yəni himayəsiz mövcuudluqlarına özləri də şübhə edirlər. Bu mənada haqlıdırlar da. İnsanların öz ölkələrinin müstəqil gələcəyinə inanmamaları, ümidsizlik girdabına düşmələri, bunun fonunda da müstəqilliklərindən əl üzmələri, öz ölkələrini yenə də boyunduruq altına atmaları, hətta niyyət olaraq belə, həddindən artıq utancverici bir niyyətdir. Hazırda Azərbaycanın qüdrətli dövlət olması və bunun qarşısında ermənilərin qondarma dövlətlərinin dayana bilməməsi qorxusu ən ali məqam hesab olunan suverenlikdən əl çəkmək kimi iyrənc əmələ belə əl atmağa, öz köhnə simasızlıqlarını bir daha təkrarlamağa erməniləri sövq edir. Bu, əlbəttə ki, Rusiya himayəsindən məhrumiyyət, eləcə də Qərb himayəsinə əl çatmamaq qorxusudur və bu qorxunu yaşayanlar öz ənənələrinə uyğun olaraq simasızlıqlarını ortaya qoymaqdan belə çəkinmirlər.
Təbii ki, bu biabırçı ikiüzlülüyə və tayı-bərabəri olmayan simasızlığa Qərb tezliklə reaksiya verəcək. Həmin anda belə ermənilərin Qərbə meyl edəcəklərini kimsə təkzib edə bilməz, çünki bu simasızlıqları ilə dəfələrlə rastlaşılıb. Bir sözlə, Rusiyanın mövqeyini gah dəstəkləmək, gah da bunun əleyhinə olmaq ermənilər üçün adi hal sayılır, hansı ki, bu bir hekayə, nağıl deyil, sərgilənən mövqedir, ermənilərin mövqeyidir, daha doğrusu mövqesizliyidir. Sözsüz ki, ermənilərin bu mövqesizliyi Qərb tərəfindən cavabsız da qalmayacaq, hansıki bunu ermənilər yaxşı bilirlər. Amma hər bir halda yenə də bərk ayaqda rusların ətəyindən tutmaq ənənəsi erməniləri birləşdirən vasitədir və buna öyrəncəlidirlər. Çünki, Rusiya himayəsindən məhrumiyyət qorxusu yaşayırlar və bu himayədən məhrum olduqları zaman yox olacaqları qənaətindədirlər. Məsələ burasındadır ki, bütün dünya nəinki ermənilərin simasızlıqlarının növbəti dəfə şahidi oldu, həm də onun şahidi oldu ki, onlar daim kimlərinsə, hansısa dövlətlərin kölgəsi altında kölgələnmək, gizlənmək kimi hiyləgər ənənələrinə sadiqdirlər. Dünya ölkələri bir daha şahidi oldular və əmin oldular ki, haylar öz münasibətlərini maddi və digər imkanlara görə qururlar. Lakin bir məsələni unudurlar ki, istər Qərb olsun, istərsə də Rusiya, artıq ermənilərin simasızlığına şübhələri qalmayıb.
Real mənzərə göz önündədir. Görünən odur ki, haylar artıq himayədən məhrum olmaqdadırlar. Qərb umumiyyətlə, inanmır ermənilərə, onların simasızlıq dərəcəsinə gərə. Belə görünür ki, Qərb erməniləri həvəsləndirsə belə arxalarında durmaq niyyətində deyil. Yəni, Qərbin hayları himayəsi altına alacağına inanmaq, bunun mümkün olacağına ümid etmək mümkün olan iş deyil. Bir tərəfdən də Rusiya artıq ermənilərin bütün simasızlıqlarını açıq-aydın şəkildə gördü. Deməli, Rusiyanın da haylara himayədarlıq edəcəyi hələlik sual altındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB