"Cümhur İttifaqının böyük fərqlə seçimləri qazanacağını düşünürəm" - COŞKUN BAĞBUŞ

"Cümhur İttifaqının böyük fərqlə seçimləri qazanacağını düşünürəm" - COŞKUN BAĞBUŞ

"Türkiyədə bu il keçiriləcək prezident seçkiləri türk tarixinin ən mənfi seçimləri olacaq. Daha doğrusu, 2013-cü il seçimləri belə idi". Bu sözləri SİA-ya açıqlamasında türk təhlükəsizlik və terrorizm üzrə ekspert Coşkun Başbuğ deyib.

Onun sözlərinə görə, bu seçkilərdə gözlənilən Cümhur İttifaqının iqtidarı qazanmasıdır: "Çünki bu həm bizim arzuladığımız, həm də həqiqətən Türkiyənin gələcəyinin sığortalanması üçün çox vacibdir. Bu hətta sadəcə Türkiyənin də deyil, ümumilikdə türk və islam dünyasının daha güvənli bir mühitdə olması üçün Cümhur İttifaqının qalib olması lazımdır. Bunu başda qardaş ölkə Azərbaycan olmaqla, digər dövlətlər də dilə gətirirlər".

Coşkun Bağbuş sözlərinə belə davam edib: "Nikol Paşinyan ötən gün cənab İlham Əliyevə alçaqca bir ifadə işlətdi. O dedi ki, "14 maydan sonra görüşəcəyik". Niyə 14 may? Çünki Yunanıstan və Ermənistan Türkiyəyə qarşı istədiklərini etdirəcəklərinə inanırlar. Təəssüf ki, müxalifətin mövqeyi də buna şərait yaradır. Nəticədə çox kritik seçim yaranır. Bu seçimdə gözləntilər Cümhur İttifaqının lehinədir. Mən bunun son günlərdə daha da artacağını düşünürəm. Çünki artıq vətəndaşlar sorğulmağa və "Nələr baş verir" deməyə başlayıb. Bu sorğu insanları düzgün yola gətirəcək. Çünki bir çox qarışıq durum yaşanır və bu seçim müddətinə qədər daha da artacaq. Ona görə də də mən Cümhur İttifaqının sürpriz edərək çox böyük fərqlə seçimləri qazanacağını düşünürəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə